525.Az

Mərkəzi Bank ötən ay valyuta ehtiyatlarını artırıb


 

Mərkəzi Bank ötən ay valyuta ehtiyatlarını artırıb <b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 1-nə 6 mlrd 483,9 mln ABŞ dolları təşkil edib.

Mərkəzi Bankın mətbuat xidmətinin yaydığı xəbərə görə, bu, avqustun 1-i ilə müqayisədə 15,2 milyon ABŞ dolları və yaxud 0,3 faiz çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 225,9 milyon ABŞ dolları və yaxud 3,6 faiz çox, son 1 ildə isə 479,6 milyon ABŞ dolları və yaxud 8 faiz artıb.

 





02.09.2020    çap et  çap et