525.Az

"Artım" layihə məkanında yeni sərgi


 

"Artım" layihə məkanında yeni sərgi<b style="color:red"></b> "YARAT" Müasir İncəsənət Məkanının "Artım" layihə məkanı hər kəsi yenidən qarşılamağa hazırdır.

AZƏRTAC xəbər verir ki, sözügedən məkanda rəssam Elturan Məmmədovun "Müvafiq tədbirlər" adlı fərdi sərgisi ilə həftənin II, III, IV və V-ci günləri, 12:00-dan 20:00-dək tanış olmaq mümkündür.

Sərginin müddəti oktyabrın 2-nə qədər uzadılıb.

Binaya daxil olmazdan öncə sadə qaydalara riayət etmək vacibdir. Məkana eyni vaxtda sadəcə 6 nəfər daxil ola bilər.

Tibbi maskaların və antiseptikin istifadəsi zəruridir.

Giriş ödənişsizdir.
 





03.09.2020    çap et  çap et