525.Az

Şagird yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılır


 

Şagird yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılır<b style="color:red"></b>

Avqustun 12-dən bugünədək şagird yerdəyişməsi ilə bağlı 13 min sorğu daxil olub.

Təhail Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, sorğuların qəbulu 11 sentyabr tarixinə kimi davam edəcək. 11 sentyabr tarixində yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq sorğuların qəbulu müvəqqəti dayandırılacaq.

Məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha münasib şəkildə təşkilinə yardım edir. Eyni zamanda, prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradır.

Şagirdlərin yerdəyişməsinin elektronlaşdırılması ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq məqsədi daşıyır.

S.QARAYEVA

 





03.09.2020    çap et  çap et