525.Az

AzTU-nun İctimai Şurasının növbəti ZOOM toplantısı olub


 

AzTU-nun İctimai Şurasının növbəti ZOOM toplantısı olub<b style="color:red"></b>

Dünən Azərbaycan Texniki Universitetinin İctimai Şurasının növbəti ZOOM toplantısı olub.

Toplantıda İctimai Şura üzləri ilə yanaşı, Universitetin rektoru Vilayət Vəliyev və digər rəhbər şəxslər də iştirak edib.

Görüşdə əsasən, yeni tədris ilinə hazırlıqla bağlı məsələ müzakirə olunub.

Universitet rəhbərliyi bu istiqamətdə görülən işlərlə bağlı təqdimat aparıb, tədris prosesinin distant müstəviyə gətirilməsi istiqamətində atılan addımlar haqqında geniş məlumat verilib.

Həmçinin, tədrisin distant təşkilində müəllimlərin və tələbələrin texniki-texnoloji təminatı, distant təhsilin elmi-metodiki təminatı, hüquqi məsələlər sahəsində mövcud çətinliklər, İctimai Şuranın verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

 





03.09.2020    çap et  çap et