525.Az

BDU məzununa diplomlar təqdim olunub


 

BDU məzununa diplomlar təqdim olunub<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) ikili diplom proqramı üzrə Hüquq fakültəsinin "Avropa hüququ" ixtisaslaşmasının məzunu Gülnaz Qurbanovaya həm Bakı Dövlət Universitetinin, həm də Almaniyanın Vürzburq Universitetinin diplomları təqdim edilib. Diplomları BDU-nun rektoru Elçin Babayev təqdim edib.

Universitetin mətbuat xidmətindən verilən xəbərə görə, Bakı Dövlət Universiteti ilə Vürzburq Universiteti arasında "Avropa hüququ" ixtisaslaşması üzrə ikili diplom proqramının 2019-cu ildə bitməsinə baxmayaraq, Almaniyanın Vürzburq Universiteti BDU ilə qarşılıqlı etimadı və sıx əməkdaşlıq əlaqələrini əsas götürərək Hüquq fakültəsinin "Avropa hüququ" ixtisaslaşması üzrə məzunu G.Qurbanovaya bu il öz diplomunu təqdim edib.

BDU-nun rektoru Elçin Babayev proqramın əhəmiyyətini xüsusi qeyd edib, Almaniyanın Vürzburq Universitetinə göstərdiyi xüsusi diqqətə görə öz minnətdarlığını bildirib. Əldə etdiyi uğur münasibətilə G.Qurbanovanı təbrik edən rektor ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gülnaz Qurbanova isə məzunu olduğu Bakı Dövlət Universitetinin və Vürzburq Universitetinin rektorlarına, təhsil aldığı fakültələrin rəhbərliyinə və professor-müəllim heyətinə, ikili diplom proqramı üzrə məsul şəxs, Vürzburq Universitetinin professoru Exard Paxeyə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Vürzburq Universiteti əsası XIII əsrin əvvəllərində qoyulmaqla, Almaniyanın ən güclü təhsil mərkəzlərindən hesab edilir. Universitetin 14 Nobel mükafatçısı olub.

 





03.09.2020    çap et  çap et