525.Az

Moskvada Müdafiə nazirlərinin iclası keçirildi - Yenilənib


 

Moskvada Müdafiə nazirlərinin iclası keçirildi - <b style="color:red"> Yenilənib</b>

Rusiyada MDB, Şanxay Əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatlarına üzv olan ölkələrin müdafiə nazirlərinin birgə iclası keçirilib.

Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində keçirilən iclasda 12 ölkənin müdafiə naziri iştirak edib.

Bundan başqa birgə iclasda MDB-nin İcraiyyə Komitəsinin katibi Nikolay Lebedev və  KTMT-nin baş katibi Stanislav Zas iştirak ediblər.

İclası giriş sözü ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıb. Daha sonra Nikolay Lebedev və Stanislav Zas çıxış ediblər.

Tədbir işini mətbuatın iştirakı oladan davam etdirib.

İclasda müdafiə nazirləri beynəlxalq və regional təhlükəsizliyin təmin olunması, müharibələrin və silahlı qarşıdurmaların baş vermə təhlükəsinin qarşısının alınması üçün səylərin birləşdirilməsi, müasir şəraitdə hərbi əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tədbirin yekunu ilə bağlı kommunike imzalanıb.


***

Rusiyada MDB, Şanxay Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Müdafiə nazirlərinin birgə iclası keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində keçirilən iclasda 13 ölkənin Müdafiə Naziri iştirak edir.

Bundan başqa, birgə iclasa MDB-nin İcraiyyə Komitəsinin katibi Nikolay Lebedev və  KTMT-nin baş katibi Stanislav Zas qatılıblar.

Azərbaycanı tədbirdə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov təmsil edir.




 





04.09.2020    çap et  çap et