525.Az

DİM abituriyent və subbakalavrlara müraciət etdi


 

DİM abituriyent və subbakalavrlara müraciət etdi<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyent və subbakalavrlara müraciət edib.

DİM-dən verilən xəbərə görə, "Abituriyent" jurnalının 4-cü nömrəsini sentyabrın 8-i günün ikinci yarısından etibarən əldə etmək mümkün olacaq.

Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap ediləcək. Bu nömrədə, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunacaq.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2020-ci il 2-ci nömrəsində dərc edilib.

 





04.09.2020    çap et  çap et