525.Az

İnterpol 3 nəfəri öldürən azərbaycanlını axtarır


 

İnterpol 3 nəfəri öldürən azərbaycanlını axtarır<b style="color:red"></b> Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib. Lent.az-ın məlumatına görə, Qazax rayonunda anadan olmuş 1968-ci il təvəllüdlü Mustafayev Ceyhun Əli oğlu 3 nəfəri öldürməkdə və külli miqdarda pul, qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinir.
 
Məlumata görə, C.Mustafayev 2010-cu ildə Gürcüstan vətəndaşı, 56 yaşlı Vaxtanq Babuadze ilə birlikdə Rostov şəhəri yaxınlığında rus biznesmeni qətlə yetirib. Hər iki şəxs qabaqcadan əlbir olaraq Krasnıy Sulin şəhərinin sakini olan iş adamına meşədə pusqu qurublar. Burada avtomobilin qarşısını kəsən cinayətkarlar biznesmeni qətlə yetiriblər və avtomobili meşədə gizlədiblər.

Daha sonra onlar Krasnıy Sulin şəhərinə gələrək biznesmenin evində onun anasını və bacısını öldürüblər. Evdən daha 3,8 milyon rubl götürən şəxslər qaçıblar. Hadisədən iki gün sonra V.Babuadze yaxalanıb. Lakin Azərbaycan vətəndaşını istintaqa cəlb etmək mümkün olmayıb. Hazırda onun yaxalanması üçün beynəlxalq səviyyədə axtarışlar davam etdirilir.
 
 
Qeyd edək ki, hər C.Mustafayev qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha artıq şəxsi qətlə yetirməkdə, quldurluqda, külli miqdarda pul oğurlamaqda, sənədləri oğurlamaqda, maşın qaçırmaqda ittiham edilir.
 





16.01.2014    çap et  çap et