525.Az

“Azəryolservis” sürücülərə müraciət etdi


 

“Azəryolservis” sürücülərə müraciət etdi<b style="color:red"></b> Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə müraciət edib.

Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişmədən Böyükşora qədər olan hissəsində işlər intensivləşdirilib: “İşin intensiv hal aldığı bir vaxtda yolun həm sağ, həm də sol tərəfində sürücülər avtomobillərini saxlayırlar. Bu da texnikanın rahat hərəkətinə mane olur. Ola bilər ki, avtomobillərin saxlandığı ərazidə qazıntı işləri aparılsın və həmin maşınları sonra ordan çıxarmaq mümkün olmayacaq. Odur ki, sürücülərə müraciət edərək bildiririk ki, qeyd edilən ərazidə avtomobilləri saxlamasınlar”.
 
Qeyd edək ki, ərazidə yolun təmiri ilə yanaşı, yeni piyada keçidləri də tikilir.
 





16.01.2014    çap et  çap et