525.Az

Meteohəssas insanlara xəbərdarlıq


 

Meteohəssas insanlara xəbərdarlıq<b style="color:red"></b> xSabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən havanın yağmursuz keçəcəyi gözlənilir.
 
Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 1-5, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlarda diskomfort  hissi yarada bilər.
 





16.01.2014    çap et  çap et