525.Az

Alimimiz Beynəlxalq Təbiətşünaslıq Akademiyasının fəxri doktoru seçilib


 

Alimimiz Beynəlxalq Təbiətşünaslıq Akademiyasının fəxri doktoru seçilib<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun "Hidrogeologiya və mineral sular" laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktoru diplomunu alıb.

Belə ki, Rusiya Təbiətşünaslıq Akademiyasının 25 illiyinə həsr olunan 8 mərhələli yubiley sessiyasının vəsatəti ilə akademiyanın nəşrlərində, konfrans, sərgi və müsabiqələrində fəal iştirak edən 10 alimə Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktor adı verilib.

Ölkə elmi nailiyyətlərini dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olan Fizzə Məmmədova elm sahəsindəki xidmətlərinə, sözügedən elmi qurum ilə əlaqələrin inkişafındakı fəaliyyətlərinə görə bu ada layiq görülüb.

Qeyd edək ki, Fizzə Məmmədova "Fiziki kimya" ixtisası üzrə 216 elmi əsərin, 100-dən artıq elmi publisistik məqalənin, o cümlədən, 8 şadətna mənin, müəlliflik şadətnaməsinin, 1 patentin, 3 monoqrafiyanın və 2 qrant layihəsinin müəllifidir. Alimin çoxsaylı elmi əsərləri rus və ingilis dilində nüfuzlu impakt faktorlu jurnallarda dərc olunub.

 





06.09.2020    çap et  çap et