525.Az

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib


 

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib<b style="color:red"></b>

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib. Təhsil Nazirliyinin tabeliyindəki T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə təşkil edilən mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, media nümayəndələri iştirak ediblər. Mediatur iştirakçıları imtahan prosesi ilə yaxından tanış olub, namizədlərlə söhbət edib, onlara uğurlar arzulayıblar.

Mediaturda iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, 15 gündür müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir: "2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi - test imtahanları davam edir. Avqust ayından start götürən prosesdə 31181 namizəd iştirak edib. Azərbaycan dili və ədəbiyyat fənni üzrə 5028, biologiya fənni üzrə 1151, fizika fənni üzrə 1339, fiziki tərbiyə fənni üzrə 2739, fransız dili fənni üzrə 259, musiqi fənni üzrə 1537, rus dili fənni üzrə 561, rus dili və ədəbiyyatı fənni üzrə 228, təsviri incəsənət fənni üzrə 826,  ibtidai sinif müəllimliyi üzrə 9263, Azərbaycan dili fənni üzrə 38, ingilis dili fənni üzrə 4447, alman dili fənni üzrə 158, kimya fənni üzrə 819, riyaziyyat fənni üzrə isə 2788 namizəd imtahan verib".

Nazir müavini qeyd edib ki, bu il müsabiqəyə ümumilikdə 8 minə yaxın vakansiya çıxarılması gözlənilir.

İmtahanlarla bağlı cari ildə edilən dəyişikliklər bir daha media nümayəndələrinin diqqətinə çatdırılıb. Bildirilib ki, imtahanlar Bakı ilə yanaşı, 17 regionda yaradılmış 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. İmtahan vaxtı bitdikdən 10 dəqiqə sonra namizədlərə doğru və səhv cavabları ilə tanış olmaq imkanı yaradılır. İndiyədək 4 fənn üzrə maksimum nəticə göstərilib. İmtahanların sentyabrın 8-dək davam etməsi nəzərdə tutulur.

Bundan başqa, avqustun 24-dən indiyədək müəllimlərin işə qəbulu imtahanları ilə bağlı 1666 namizədin apellyasiya müraciəti etdiyi də qeyd edilib.

 





06.09.2020    çap et  çap et