525.Az

UNEC-dən yeni layihə: "Hər zaman təhsil" deyək


 

UNEC-dən yeni layihə: "Hər zaman təhsil" deyək<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni  #HərZamanTəhsil həştəqi ilə davam etdirir.

UNEC-dən verilən məlumata görə, ali məktəb  yeni tədris ilində öz tələbələrini müasir standartlara cavab verən möhtəşəm kampusunda qarşılayacaq.

Modern memarlıq elementləri ilə zəngin olan yeni kampusda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Müasir tələblərə cavab verən auditoriyalar, mühazirə, linqafon otaqları, ən müasir texnologiya ilə təchiz olunan laboratoriyalar, idman zalı, 24/7 fəaliyyət göstərən 2 mərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları tələbə və müəllimlərin istifadəsinə veriləcək.

UNEC ailəsi tezliklə bir araya gəlmək ümidi və sevinci ilə estafeti Bakı Dövlət Universitetinə ötürür.

 





06.09.2020    çap et  çap et