525.Az

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat davam edir


 

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat davam edir<b style="color:red"></b>

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.

Məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2015-ci il təvəllüdlü) uşaqlar qəbul edilir. Qruplar ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Elektron sənəd qəbulu sistemindən istifadə üçün də ödəniş tələb olunmur.

Xatırladaq ki, elektron sorğu yerləşdirmə prosesi avqustun 18-də başlayıb. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə sentyabrın 14-də yekunlaşır.

 





06.09.2020    çap et  çap et