525.Az

Ağcabədidə hərbi sursat aşkar edilib


 

Ağcabədidə hərbi sursat aşkar edilib<b style="color:red"></b>

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və “Dayaq” təşkilatı tərəfindən Ağcabədi rayonunda 5 ədəd mina və tank mərmisi tapılıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, əməliyyatlar zamanı tapılmış minalardan üçü TM-57, ikisi TM-62 markalı tank əleyhinə mina olub. Bundan başqa, müharibə dövründən qalmış 100 mm-lik bir ədəd  tank mərmisi aşkarlanıb.
 
Döyüş sursatları bu gün təhlükəsiz əraziyə aparılaraq partlayış yolu ilə zərərsizləşdiriləcək.

 

 





16.01.2014    çap et  çap et