525.Az

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirləri arasında telefon danışığı


 

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirləri arasında telefon danışığı <b style="color:red"></b>

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun və Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov arasında telefon danışığı olub.

Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Qarşılıqlı əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparan XİN başçıları ikitərəfli əməkdaşlığın inkişafı, o cümlədən pandemiyaya baxmayaraq ölkələr arasında ticarət dövriyyəsinin artdığını vurğulayıblar.

Tərəflər, həmçinin Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Özbəkistan Respublikasının Müstəqil Dövlət Birliyində (MDB) hazırkı sədrlik dövründən irəli gələn məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 





07.09.2020    çap et  çap et