525.Az

Vyetnam prezidenti Azərbaycan səfirini mükafatlandırdı


 

Vyetnam prezidenti Azərbaycan səfirini mükafatlandırdı<b style="color:red"></b>

Vyetnam prezidenti Nquyen Fu Çonq (Nguyen Phu Trong) Azərbaycanın bu ölkədəki səfiri Anar İmanovu “Dostluq” ordeni ilə mükafatlandırıb.

Mükafatı səfirə Vyetnamın xarici işlər nazirinin müavini To An Dunq (To Anh Dung) təqdim edib.

Azərbaycanlı diplomatı təbrik edən T.A.Dunq Azərbaycan və Vyetnam arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində onun rolunu yüksək qiymətləndirib.

A.İmanov, öz növbəsində, ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Vyetnam prezidentindən belə yüksək mükafat almasının onun üçün şərəf olduğunu qeyd edib.

 





07.09.2020    çap et  çap et