525.Az

Daha 89 nəfərdə koronavirus aşkarlandı: 132 sağalan, 3 ölən var


 

Daha 89 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">132 sağalan, 3 ölən var</b>

Azərbaycanda bu gün koronavirus infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

525.az Nazirlər Kabineti yanında Operativ Qərargaha xəbər verir ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37.418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34.837 nəfər müalicə olunaraq sağalıb,  551 nəfər vəfat edib, 2030 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3936, bu günə qədər isə ümumilikdə 967.040 test aparılıb.

 





07.09.2020    çap et  çap et