525.Az

TƏBİB gündəlik test sayının az olmasının səbəbini açıqladı


 

TƏBİB gündəlik test sayının az olmasının səbəbini açıqladı<b style="color:red"></b>

TƏBİB gündəlik test və yoluxma sayının az olmasının səbəbini açıqlayıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həftənin bazar günləri növbəlilik prinsipi ilə koronavirus testi həyata keçirilən laboratoriyalarda profilaktik dezinfeksiya işləri həyata keçirildiyindən, həmin günlərdə test sayı aşağı olur və ona mütənasib olaraq, yoluxma saylarında azalma müşahidə edilir: "Sabahdan etibarən karantin rejiminin daha da yumşaldılacağı səbəbindən, bir daha vətəndaşlarımızı sanitar-epidemioloji qaydalara riayət etməyə çağırırıq".

 





07.09.2020    çap et  çap et