525.Az

Tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün imtahan vaxtı açıqlandı


 

Tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün imtahan vaxtı açıqlandı<b style="color:red"></b>

8 sentyabr Müəllimlərin İşə Qəbulu imtahanlarının sonuncu günüdür.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, sentyabrın 8-də tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçiriləcək. İmtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulub. Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatacaq.

 





07.09.2020    çap et  çap et