525.Az

DİM bu kənddə buraxılış imtahanı verməli olan şagirdlərə müraciət edib


 

DİM bu kənddə buraxılış imtahanı verməli olan şagirdlərə müraciət edib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi sentyabrın 10-da Cəlilabad rayonu, Ocaqlı kəndi, 1 nömrəli tam orta məktəbdə buraxılış imtahanı verməli olan şagirdlərə müraciət edib.

DİM-dən APA-ya verilən xəbərə görə, Ocaqlı kəndində olan hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar həmin kəndin 1 nömrəli orta məktəbində keçirilməsi nəzərdə tutulan buraxılış imtahanı Cəlilabad rayonu, 1 nömrəli Sabirabad kənd orta məktəbində keçiriləcək:

“Bu günə qədər imtahana buraxılış vərəqəsini çap etmiş şagirdlərdən xahiş olunur ki, DİM-in saytına daxil olub yenilənmiş “İmtahana buraxılış vərəqəsi”ni çap etsinlər.

Sentyabrın 10-da Cəlilabad rayonu, Ocaqlı kəndi, 1 nömrəli tam orta məktəbdə imtahan verməli olan şəxslər, buraxılış imtahanını Cəlilabad rayonu, 1 nömrəli Sabirabad kənd orta məktəbində verəcəklər".

 





08.09.2020    çap et  çap et