525.Az

139 nəfər koronavirusa yoluxdu: 128 nəfər sağalıb, 1 nəfər vəfat edib


 

139 nəfər koronavirusa yoluxdu: <b style="color:red"> 128 nəfər sağalıb, 1 nəfər vəfat edib</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 6798, hazırkı dövrədək isə 973838 test aparılıb.

 

 





08.09.2020    çap et  çap et