525.Az

Azərbaycan Gürcüstan vasitəsilə neft məhsullarının nəqlini artırıb


 

Azərbaycan Gürcüstan vasitəsilə neft məhsullarının nəqlini artırıb<b style="color:red"></b>

Bu ilin I yarısında Gürcüstanın dəmir yolları vasitəsilə 1,456 milyon ton neft məhsulu daşınıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə "Gürcüstan dəmir yolları" SC-dən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə həcm 0,4% artıb.

Yanvar-iyunda qonşu ölkənin dəmir yolları ilə nəql olunan neft məhsullarının 30%-i Azərbaycanın payına düşüb ki, bu da illik müqayisədə 4% çoxdur.

Rusiyanın daşınmalardakı payı 24%-dən 26%-dək, Türkmənistanın payı 13%-dən 21%-ə qədər artıb, Qazaxıstanın payı isə 13%-dən 8%-ə qədər azalıb.

Hesabat dövründə daşınan neft məhsullarının böyük hissəsini 41% olmaqla dizel yanacağı təşkil edib.

 





08.09.2020    çap et  çap et