525.Az

Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğvi təklif olunur


 

BU, NƏ ÜÇÜN ZƏRURİDİR?

Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğvi təklif olunur <b style="color:red"></b>

Azərbaycanda dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir.

Müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb.

Hazırda həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri öz müsbət nəticələrini verir.

Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır.

Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək. Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının,  məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir.

Bunun nəticəsində heç şübhəsiz ki, vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq, idarəetmə sistemində çox pilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq. Əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaqdır.

Böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq.

Gəncədən seçilmiş deputat Naqif Həmzəyev hesab edir ki, müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb. Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilmiş geniş struktur islahatların əsas nəzərəçarpan tərəflərindən biri də ondan ibarət oldu ki, fəaliyyətini ölkəmizin müasir inkişaf templəri ilə uyğunlaşdıra bilməyən, bir sıra dövlət idarəetmə institutları və oxşar funksiyaları həyata keçirən dövlət orqanları ləğv olundu. Bunlar idarəetmənin optimallaşdırılması yolunda olduqca təsirli addımlardır: "Nəzərə almaq lazımdır ki, bu addımlar həm də bürokratiyanın azaldılması, dövlət vəsaitlərinə qənaət edilməsi baxımından olduqca əhəmiyyətlidir. Dövlət idarəçiliyinin optimallaşdırılması, dövlət xidmət sektorunun keyfiyyətinin davamlı olaraq yüksəldilməsi ictimai rifahın və məmnunluğun təmin olunmasına hesablanmış təsirli addımlardır.

1980-ci ildə yaradılan Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradar. İdarəçiliyin şəhərdə bir mərkəzdən həyata keçirilməsi isə vətəndaşların rahatlığını, məmnunluğunu təmin edər, onların müraciətlərinə baxılma mexanizmi sadələşdirər, problemlərin daha çevik şəkildə həll olunmasını təmin edər. Sözsüz ki, bu da idarəetmə sistemində çox pilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halları aradan qaldırar. Eyni zamanda, əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaq, böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq".

Deputat Məzahir Əfəndiyev isə deyib ki, ərazi vahidlərinin bölünməsi, ərazilərin idarə olunması kimi məsələlərə geniş konteksdə baxılmalıdır. Onun sözlərinə görə, həmin ərazilərdə ilkin olaraq iqtisadi potensialın qiymətləndirilməsi aparılmaldır. Daha sonra orada yaradıla biləcək iqtisadi subyektlərin hər biri təhlil olunaraq, məhz əraziyə əsaslanmış bir inkişaf modeli seçilməlidir. Deputat düşünür ki, həmin əraziyə əsaslanmış inkişaf modelinin geniş idarəçilik sisteminin tətbiq olunması da faydalı ola bilər: "Nəzərə alsaq ki, dövlət strukturlarında optimallaşdırılma gedir, dövlət büdcəsinə olan əlavə xərclərin azaldılması istiqamətində də məqsədyönlü təkliflər səsləndirilir. Ona görə də Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi indiki reallığa uyğun ola bilər.

Hesab edirəm ki, Azərbaycanın bütün ərazilərində, bölgələrində iqtisadi potensial kifayət qədər böyükdür. Hər bir bölgədə, hər bir şəhərdə, rayonda ayrı-ayrılıqda məhz həmin əraziyə əsaslanmış iqtisadi model təhlil olunmalıdır və həm yerdəki, həm regiondakı, həm də ümumən Azərbaycandakı iqtisadi modellə tam  uzlaşmalıdır ki, iqtisadiyyatda başlamış şəffaflaşma prosesinə böyük təkan olsun".

PƏRVANƏ

 





08.09.2020    çap et  çap et