525.Az

Kitabxana "Qan Yaddaşımız" adlı videoslayd hazırlayıb


 

Kitabxana "Qan Yaddaşımız" adlı videoslayd hazırlayıb<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi "Qan Yaddaşımız" adlı videoslayd hazırlayaraq sosial şəbəkələrdə paylaşıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoslaydda Azərbaycanın işğal olunan torpaqları, ərazisi, coğrafi quruluşu, demoqrafik tərkibi, sosial, mədəni obyektləri və erməni təcavüzü nəticəsində itkilərimiz haqqında ətraflı məlumat verilib. Materialda Qarabağın düşmən tapdağı altında qalan dilbər guşələrimizin görüntüləri də yer alıb.

Qələbəyə inamla "Qarabağa gedirəm" çağırışı ilə ruhlanaraq təqdim olunan videoslaydın əsas məqsədi Vətənə məhəbbət və vətənpərvərlik ruhunun yüksəldilməsidir.

 





08.09.2020    çap et  çap et