525.Az

Azərbaycanın şərqşünas alimi vəfat edib


 

Azərbaycanın şərqşünas alimi vəfat edib<b style="color:red"></b>

 Azərbaycanın görkəmli şərqşünas alimi, tarix elmləri doktoru professor Süleyman Əliyarlı ötən gün axşam saatlarında 84 yaşında vəfat edib.

APA-nın məlumatına görə, Süleyman Sərdar oğlu Əliyarlı  18 dekabr 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirib. O, 1978-ci ildən  2001-ci ilədək, yəni 23 il Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına başçılıq edib.
 
1989-2000-ci illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq edib.
 
1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olub.
 
1990-cu ildə “Azərbaycanın Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.
 
2002-ci ildə türkcə və ingiliscə çap olunmuş 26 cildlik "Türklər" ensiklopedik əsərin Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biri olub.
 
150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifi olan Süleyman Əliyarlı 18 elmlər namizədi və 3 elmlər doktoru yetişdirib.
 
Allah rəhmət eləsin!

 





17.01.2014    çap et  çap et