525.Az

Təhsil müəssisələrində sanitar qovşaqlarına dair tələblər müəyyənləşdi


 

Təhsil müəssisələrində sanitar qovşaqlarına dair tələblər müəyyənləşdi<b style="color:red"></b>

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində sanitariya qovşaqlarına olan tələblər müəyyənləşib. Sanitariya qovşağının döşəməsi, çanaqlar, qapı tutacaqları və digər istifadə olunan səthlər xüsusi dezinfeksiyaedici vasitələrlə hər iki saatdan bir təmizlənməli və dezinfeksiya edilməlidir.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib.

Qeyd edilib ki, sanitariya qovşaqlarının təmizlənməsi saatlarının qeydiyyatı aparılmalıdır.

Sanitariya qovşaqlarında maye sabun, dezinfeksiyaedici məhlul hər zaman olmalıdır.

Texniki işçi heyəti təmizlik zamanı əlcək və maskadan istifadə etməli, təmizlik prosesindən sonra istifadə olunan qoruyucu vasitələr xüsusi qapalı zibil qutularına atılmalıdır.

Qaydalara görə, sanitariya qovşaqlarında gigiyenaya dair məlumatlar və xəbərdarlıq posterləri olmalıdır. Sanitariya qovşaqları yaxşı işıqlandırılmalıdır.

Sanitariya qovşaqlarının girişi qarşısında fiziki (sosial) məsafənin saxlanması üçün döşəmə və keçidlərə xəbərdaredici nişanlar yerləşdirilməli, eləcə də giriş qapısı önündə və tamburda dezinfeksiyaedici vasitələrlə isladılmış dezinfeksiyaedici ayaqaltılar və əllərin dezinfeksiyası üçün spirt tərkibli antiseptiklər olmalıdır.

 





10.09.2020    çap et  çap et