525.Az

Ötən il 41 şəxs barəsində rüşvət alma maddəsi ilə cinayət işi açılıb


 

Ötən il 41 şəxs barəsində rüşvət alma maddəsi ilə cinayət işi açılıb<b style="color:red"></b> Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2013-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
 
Lent.az-ın məlumatına görə, tədbirdə bildirilib ki, il ərzində vətəndaşlardan daxil olmuş 1860 müraciətə baxılıb. Həmçinin 230 cinayət xarakterli material araşdırılıb. Cinayət xarakterli materialların 69 faizi üzrə cinayət işi açılıb. 2013-cü il ərzində idarənin istintaq şöbəsi tərəfindən 367 şəxs barəsində başlanmış 201 cinayət işi məhkəmələrə göndərilib.

Bunlar arasında 3 şəxs barəsində rüşvət vermə və 41 şəxs barəsində 16 rüşvət alma maddəsi ilə cinayət işi açılıb.
 





17.01.2014    çap et  çap et