525.Az

Təhsil müəssisələrində laboratoriyalara dair tələblər müəyyənləşdi


 

Təhsil müəssisələrində laboratoriyalara dair tələblər müəyyənləşdi<b style="color:red"></b>

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində laboratoriyalara, tədris-istehsalat emalatxanalarına, tamaşa otaqlarına dair tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib.

Qaydalarda qeyd edilib ki, laboratoriyalar, tədris-istehsalat emalatxanaları mütəmadi olaraq havalandırılır.

Laboratoriyaların, tədris-istehsalat emalatxanalarının qarşısında spirt tərkibli əl üçün dezinfektantları və əlcəklər yerləşdirilir.

Laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında ara məsafəsi gözlənilməlidir.

Laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında təşkil edilən praktiki dərslərdə əlcək istifadə edilir.

Döşəmələr xlor tərkibli məhlulla və ya digər vasitələrdə mütəmadi olaraq dezinfeksiya edilməlidir.

Tamaşa otaqlarının isə  fəaliyyəti dayandırılır.

 





10.09.2020    çap et  çap et