525.Az

Heyvandarlığın yem bazasının genişləndirilməsi üçün yonca sahələri artırılır


 

Heyvandarlığın yem bazasının genişləndirilməsi üçün yonca sahələri artırılır <b style="color:red"></b>

Bölgələrdə yonca əkini sahələri ilbəil genişləndirilir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, bu il təkcə Biləsuvarda yonca sahəsi 10 min hektara yaxın artırılıb. Bu baxımdan bir çox rayonda toxumçuluq təsərrüfatlarında toxumluq yonca istehsalına ciddi zərurət yaranıb.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlığın inkişafının mühüm rolu var. Bunun üçün müasir yem bazasının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda əsasən əvəzsiz yem bitkisi olan yoncanın "AZNİXİ-5", "262", "Abşeron", "Aran", "Ağstafa-1" sortları rayonlaşdırılıb.

 





10.09.2020    çap et  çap et