525.Az

Korrupsiya barəsində məlumat verənlər qanunla müdafiə olunacaq


 

Korrupsiya barəsində məlumat verənlər qanunla müdafiə olunacaq<b style="color:red"></b> Azərbaycanda korrupsiya barəsində məlumat verənlərin müdafiəsi üçün qanun hazırlanıb.

Lent.az-ın məlumatına görə, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2013-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirilib.
 
Azərbaycanda korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsi, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları, korrupsiyaya görə müraciət qaydaları, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsi istiqamətində qanun layihələri hazırlanıb. Eyni zamanda hesabat ilində korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilib.
 





17.01.2014    çap et  çap et