525.Az

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq


 

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq<b style="color:red"></b>

Sentyabr ayının 12-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra hakimiyyətindən verilən xəbərə görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

 





11.09.2020    çap et  çap et