525.Az

Niderlandın yeni səfiri Azərbaycana bu tarixdə gələcək


 

Niderlandın yeni səfiri Azərbaycana bu tarixdə gələcək<b style="color:red"></b>

Niderland Krallığının Azərbaycana təyin olunmuş yeni səfirinin gələcəyi vaxt açıqlanıb.

Bu barədə Niderlandın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Səfirlikdən verilən məlumata görə, yeni təyin olunan səfir Pauline Eizema sentyabrın sonunda Azərbaycana gələcək.

Qeyd edək ki, xanım Eizema bundan öncə Niderland Krallığının Vietnamdakı səfirliyində səfirin müavini postunda çalışıb.

 

 





11.09.2020    çap et  çap et