525.Az

Daha 163 nəfərdə koronavirus aşkarlandı: 171 sağalan, 1 ölən var


 

Daha 163 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">171 sağalan, 1 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38.037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35.440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, 2040 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7108, bu günə qədər isə ümumilikdə 995.376 test icra olunub.

 





11.09.2020    çap et  çap et