525.Az

Coğrafiya İnstitutu: "Bakıda yağıntı sularını istifadə ilə suya qənaət etmək olar"


 

Coğrafiya İnstitutu: "Bakıda yağıntı sularını istifadə ilə suya qənaət etmək olar"<b style="color:red"></b>

Bakıya düşən yağıntı sularını istifadə etməklə içməli suya qənaət etmək olar.

Trend-in məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun Elmi İşlər üzrə direktor müavini Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Bakıya bir ildə təqribən 230-250 mm yağıntı düşür ki, bu da bir ildə 0,5 kub. km su deməkdir. Onun yarısı toplanaraq istifadə edilə bilsə, içməli suya xeyli qənaət edilmiş olar.

M.Həsənov Bakının Baş planının tərtibində su ilə təchizata xüsusi fikir verilməsinin vacibliyini diqqətə çatdırıb.

O bildirib ki, özünün təbii su ehtiyatı olmayan Abşeron yarımadasında və Bakı şəhərində yağış sularının toplanaraq yay aylarında yaşıllıqların suvarılmasında və digər texniki mərhələlərdə istifadəsi çox məqsədəuyğundur.

 





11.09.2020    çap et  çap et