525.Az

Tehranda güclü partlayış baş verdi


 

Tehranda güclü partlayış baş verdi<b style="color:red"></b>

İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün qeydə alınan partlayış nəticəsində  30-dan çox evə ziyan dəyib.

Nəsimşəhr şəhərinin yanğınsöndürmə idarəsinin rəhbəri Kiyan Sultanpur deyib ki, partlayışın səbəbi araşdırılır: "İlkin məlumata görə, partlayış akkumulyator satış mağazasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb".

 Onun sözlərinə görə, partlayışda 22 avtomobilə ziyan dəyib.

 





11.09.2020    çap et  çap et