525.Az

Ermənilərin Qarabağ torpaqlarına köçürülməsi yolverilməzdir - Mövqe


 

Ermənilərin Qarabağ torpaqlarına köçürülməsi yolverilməzdir - <b style="color:red">Mövqe</b>

Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş torpaqlarına Livan ermənilərinin kütləvi köçünü təşkil edərək qanunsuz köçürülmə siyasəti həyata keçirir ki, bu da beynəlxalq hüququn prinsiplərinə tamamilə zidd bir addımdır.

Ermənilərin Qarabağ torpaqlarına köçürülməsi qətiyyən yolverilməzdir. Onlar qanunsuz köçürülmə ilə Azərbaycana mesaj vermək istəyirlər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli qeyri-mümkündür. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının göstəricisidir. İşğal olunmuş torpaqlarımızda ermənilərin sayını süni şəkildə artıraraq Azərbaycandan qorxmadıqlarını bizə meydan oxuduqlarını zənn edirlər. Ermənistanın bu cür qanunsuz əməllərinə göz yuman ATƏT və Minsk qrupu beynəlxalq hüquq normalarını pozan bu işğalçılara görə məsuliyyət daşıyırlar. Nə qədər ki, bu qurumlar səssiz qalacaq, Ermənistan Azərbaycana qarşı hər cür təcavüzə əl atacaq, işğal etdikləri torpaqları geri qaytarmaq əvəzinə həmin torpaqlarda qeyri-qanuni məskunlaşma siyasətini həyata keçirəcəklər.

Bildiyimiz kimi ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəlişin qəbul edilməsinə baxmayaraq, düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə (Gürcüstan, Ukrayna, Moldova) ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənməsinə baxmayaraq bu işğalçı “dövlətin” qanunları kobud şəkildə pozmasına heç bir dövlət etiraz etmir.

Ermənilərin öz mənfur məqsədlərini həyata keçirmələrinə səssiz qalırlar. Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atan terrorçu ermənilərin sülh istəmədiyi aşikardır. Livan ermənilərini Ermənistandan daha çox işğal altındakı Azərbaycan ərazilərinə köçürməyə çalışmaqları ermənilərin torpaqlarımıza əbədi sahib olmaq istəyidir.

Ermənistan beynəlxalq təşkilatlardan müəyyən dəstək görür ki, qeyri-qanuni məskunlaşmalar həyata keçirir. ATƏT və Minsk qrupunun faktaraşdırıcı missiyası bu prosesə vaxtında ciddi nəzarət etsəydi, beynəlxlaq hüquq normalarına uyğun ölçü götürsəydi bu gün işğalçı dövlət bu cür özbaşınalıqlara yol verməzdi. Əslində hər kəsə məlumdur ki, Ermənistanın hazırki sosial-iqtisadi vəziyəti heç də ürəkaçan deyil. Qarabağ torpaqlarına köçürülən ermənilərə diasporun yardım etdiyi hər kəsə məlumdur. Ermənistan kimlərinsə köməyi olmadan hansısa siyasəti həyata keçirməyə qadir deyil. Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək, Ermənistan Qarabağı qaytarmaq məcburiyyətində qalacaqdır. O vaxta qədər icazə veririk ki, işğalçı millət Azərbaycanın işğal etdikləri torpaqlarında müvəqqəti yaşamaq şərəfinə nail olsunlar. Bizim torpaqlarımızda yaşadıqları günlər vaxt olacaq ki, onların ən gözəl xatirələri olaraq yaddaşlarında əbədi qalacaq.

 





12.09.2020    çap et  çap et