525.Az

Söz sənəti məbədinin yubileyi -möhtəşəm elm, ədəbiyyat hadisəsi!


 

Söz sənəti məbədinin yubileyi -möhtəşəm elm, ədəbiyyat hadisəsi!<b style="color:red"></b>

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi

 "İnsanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur. Bu vasitədən xalqımız keçmişdə istifadə edibdir. Bizim mütəfəkkir insanlarımız, şəxsiyyətlərimiz, böyük alimlərimiz, yazıçılarımız məhz bununla fəxr edirlər ki, onlar xalqın içərisindən çıxaraq böyük mədəniyyət, ədəbiyyat, şeir nümunələri yaradaraq xalqı oyadıblar, qaldırıblar, ruhlandırıblar, mübari-zəyə dəvət ediblər"(Heydər Əliyev)...

"...Ədəbiyyat İnstitutu Azərbaycan filologiya elminin mərkəzinə çevrilmişdir. Bu elm ocağında xalqın şifahi yazılı abidəsinin, zəngin klassik irsinin, müasir ədəbiyyatının milli ədəbiyyatşünaslığın tədqiqi, nəşri təbliği sahəsində tarixi əhəmiyyətli işlər görülmüşdür".(AMEA-nın prezidenti Akif Əlizadə.)

Söz, iki sonsuzluq arasında bir çırpınış. Həyat kimi sıcak dost. Quşlara bənzər kəlmələr, otağına dolarlar bir axşam. Haradan gəldikləri bilinməz. Gah hayqırarlar, gah da heç səsləri eşidilməz. Çiçəyə bənzər kəlmələr: narıncı, çəhrayı, . Bir rüzgar aparır hamısını. Buludlara güvənmək olmaz,- deyirdi Türkiyənin ünlü ziyalısı Cemil Meric... O, haqlıydı, təbii ki, buludlara güvən olmaz, bir gördün bircə göz qırpımında göy üzünü bürüdülər şıdırğı yağan leysan yağışa döndülər... Aləmi tərtəmiz yuyub parıl-parıl etdilər... Küləklərin qovalayıb apardığı narıncı, çəhrayı, çiçəklərə bənzər kəlmələr belədir, əksər hallarda xəbər-ətərsiz peyda olarlar söz sənəti xiridarlarının təfəkküründə oradan da usul-usul süzülərlər kağızlara... Quş qanadlı sözlər, fikir donlu kəlimələr tədricən epik lirik əsərlərə dönüşərlər. Bu əsərlərsə öz növbəsində ədəbiyyat deyilən geniş, intəhasız bir dünyanın təməlini qoyarlar... Qəribədir, bu dünyaya bələdçilik etmək, yol göstərmək, istiqamət vermək zərurətindən söz sənətinə əbədi könül verən elm adamları-ədəbiyyatşünaslar yaranar. Məhz ədəbiyyatın qaynaqlarını, təşəkkül mərhələlərini, tarixini inkişaf qanunauyğunluqlarını öyrənmək, müəyyənləşdirmək üçün...

2013- ilin sonunda bu prosesi öyrənən, yəni, "ən qədim dövrlərdən başlayaraq bu günədək xalqımızın mifik-şifahi yazılı ədəbiyyat nümunələrini toplayıb araşdıran, milli filoloji elmi-nəzəri düşüncəmizi ümumdünya ədəbi-bədii fikri ilə qarşılıqlı əlaqədə tədqiqata" cəlb edərək Azərbaycan humanitar-filoloji fikrini formalaşdırmış möhtəşəm alim-tədqiqatçılar nəslinin cəmləşdiyi elm ocağının,  Azərbaycan filologiya elmi mərkəzi kimi özünü təsdiqləmiş Nizami adına Ədəbiyyat İnstitutunun 80 yaşı tamam oldu...

"AMEA-nın Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi haqqında" AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013- il tarixli qərarına əsasən yubiley mərasiminin keçirilməsi müəyyən səbəblər üzündən 2014- ilin ilk ayına-yanvarın 17- təsadüf etdi. Əslində isə söz sənəti məbədinin bu qutsal gününün qeyd olunması mərasiminə hazırlığın təməli İnstitutun mərhum direktoru, bu gün hər birimizin rəhmətlə andığı akad.Bəkir Nəbiyevin başında olduğu 2011-ci ilin sonundan qoyulmuşdu. Lakin dönərgələr döndü, Bəkir müəllim dünyasını dəyişdi direktor vəzifəsini düz bir il layiqincə icra edən AMEA-nın müxbir üzvü, direktor müavini Teymur Kərimlinin dövründə bu məsələ məlum, "bir daş altda, bir daş da üstdə qaldı..."

Nəhayət, bu missiyanı yerinə yetirməyi AMEA Rəyasət Heyətinin qərarı ilə elm ocağımıza rəhbər təyin olunan vitse-prezident, akademik, millət vəkili, gerçək bir ədəbiyyat adamı İsa Həbibbəyli öz üzərinə götürdü... Bu qutsal törənin icrasının onun qismətinə yazılması, sanki Uca yaradanın cəfakeş alimə daha bir lütfü, ərməğanı idi. İsa müəllim əsl ədəbiyyat xiridarı olduğunu, qədim ənənələrə malik institut üçün, filologiya elmi üçün necə böyük miqyaslı işlər görmək əzmi, məramı ilə bu elm məbədinə gəldiyini Elmi Şuranın ilk iclasında etdiyi geniş əhatəli çıxışındaca göstərdi. Ədəbi taleyində mühüm rol oynayan bu institutun, elm aləminin qapısını açmaqda ona yol göstərən, qolundan tutan böyük ədəbiyyatşünas-tədqiqatçı alimləri - Vəli Xuluflu, Heydər Hüseynov, Mirzə İbrahimov, Məmməd Arif, Məmmədağa Şirəliyev, Mirzəağa Quluzadə, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Məmməd Cəfər Cəfərov, eləcə Yaşar Qarayev Bəkir Nəbiyevi b. şükranlıqla anaraq məxsusi qədrdanlıq nümayiş etdirən İ.Həbibbəyli institutun prioritet məsələlərindən danışdı".

Qeyd edək ki,  İnstitutumuz uzun bir təşəkkül yolu keçmişdir. 30-cu illərdə SSRİ EA-nın Azərbaycan filialı tərkibində fəaliyyət göstərən Ədəbiyyat İnstitutu bir qrum kimi 1932-ci ildə yaranmışdır. Lakin "SSRİ EA Zaqafqaziya filialının Azərbaycan Bölməsində əvvəlcə 13 fevral 1933- ildə Salman Mümtazın rəhbərliyi ilə "Ədəbi irs" seksiyası yaradılmış, 22 mart 1933- ildən isə Ədəbiyyat sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Beləliklə, 22 mart 1933- ildə tanınmış tənqidçi Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi SSRİ EA Zaqafqaziya filialı Azərbaycan Bölməsinin Ədəbiyyat sektoru Akademiya sistemində Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi hesab oluna bilər (Akademik İsa Həbibbəyli). 1945-ci ildə Azərbaycan SSR EA yaradıldıqdan sonra isə onun tərkibinə daxil olunmuş, 40- illərin sonundan etibarən Dilçilik İnstitutu ilə birləşdirilmiş, 1969-cu ildən etibarən isə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu adı ilə fəaliyyət göstərməyə başlamışdır.

Azərbaycan filologiya elminin mərkəzi adını şərəflə daşıyan institutda Azərbaycan şifahi xalq ədəbiyyatı ədəbi abidələr, Qədim dövr Azərbaycan ədəbiyyatı, Orta əsrlər Azərbaycan ədəbiyyatı, Yeni dövr (XIX əsr-XX əsrin əvvəlləri) Azərbaycan ədəbiyyatı, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Xarici ölkələr ədəbiyyatı ədəbi əlaqələr, Ədəbiyyat nəzəriyyəsi, İnformasiya biblioqrafiya şöbələri fəaliyyət göstərir.

Bu gün dahi Nizaminin adını daşıyan elmi-tədqiqat institutunda 1 akademik, 2 müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən çox fəlsəfə doktoru çalışır. Ədəbiyyat İnstitutunun əməkdaşlarından 3 nəfəri Dövlət Mükafatı laureatı, 2 nəfəri isə əməkdar elm xadimidir.

Müstəqillik dövründə Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni mərhələsi başlanmışdır. Azərbaycançılıq ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, ədəbiyyat tariximizdə açılmamış səhifələrin tədqiqata cəlb olunması İnstitutun müasir mərhələdə əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004- il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamının həyata keçirilməsində əməkdaşlarımızın müstəsna xidmətləri olmuşdur. Ölkəmizdə klassik müasir ədəbiyyatın bir çox dəyərli nümunələri institut əməkdaşlarının tərtibçiliyi müqəddiməsi əsasında latın qrafikası ilə çap edilmişdir. Hazırda Ədəbiyyat İnstitutunda fundamental tədqiqat işi olan VII cildlik Azərbaycan ədəbiyyatı tarixinin IV cildinin nəşri artıq başa çatdırılıb. V, VI VII cildlər üzərində isə ciddi elmi-tədqiqat işləri davam edir. Bütün yaradıcılığında sərgilədiyi mövzular müstəvisində müasirimiz olduğu apaydın yansıyan böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr edilmiş "Molla Nəsrəddin" jurnalı VIII cilddə, Əli bəy Hüseynzadənin "Füyuzat" jurnalı isə I cilddə transliterasiya edilərək çap edilmişdir ki, İnstitutumuzun bu monumental nəşrləri çağdaş dövrümüzün elmi-ədəbi hadisələri sırasında layiqli yeri vardır.

İnstituta yeni təyinatından sonra keçirdiyi ilk Elmi Şurada akademik İsa Həbibbəyli elm ocağında ədəbiyyatşünaslıq elminin ayrı-ayrı istiqamətlərini araşdıran, cəmiyyətin müxtəlif çağırışlarına cavab verən, yeni ideyalar onları icra edən konkret bölmələrin, həmçinin ədəbi tənqid bölməsinin yaradılmasının, institutun dünyaya inteqrasiyası, gənc nəslin elmə marağının artması üçün xeyli işlərin görülməli olduğunu xüsusilə vurğuladı: "Ədəbiyyat İnstitutu ədəbiyyat haqqında elm institutudur. Ədəbi tənqid ədəbiyyatın müstəqillik dövrünün tələblərinə uyğun gəlib-gəlmədiyini müəyyən etməlidir. Təəssüf ki, 80 illik tarixi olan institutun heç bir ölkə, heç bir təşkilatla müqaviləsi yoxdur. Çalışacağam ki, xarici ölkələrlə yeni əlaqələr qurulsun. Görüləcək işlər çoxdur. Çünki Ədəbiyyat İnstitutunun böyük potensialı var. Təəssüf ki, bizim institutda gənc nəsil azdır. Gənc nəslin elmə marağının artırılmasına çalışacağıq".

xoş ki, həmin vaxtdan çox qısa bir müddət-6 ay keçməsinə baxmayaraq (2 ay məzuniyyət olub) onun söylədikləri əsasən gerçəyə çevrildi... bu zaman çərçivəsində bir çox ilklərə imza atdı...

AMEA-da olduğu kimi, elmi-tədqiqat yönümlü İnstitutumuzda da yeni islahatlar aparılmağa başlandı. Həyata keçirilən yeniləşmə dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən əsaslı şəkildə, ölkənin milli maraqları dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır. 2013- ilin 6 ayı ərzində ədəbiyyatşünaslıq elminin nüfuzunun genişləndirilməsinə yeni imkanlar açan "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", "Azərbaycan mühacirət ədəbiyyatı", "Ədəbi tənqid" şöbələri, "Nizamişünaslıq" "Füzulişünaslıq" sektorları yaradıldı. Eyni zamanda ədəbiyyatşünaslıq elmi sahəsində qazanılan nailiyyətlərin ictimaiyyətə çatdırılması, tərcüməsi, nəşrə hazırlanması istiqamətlərində səmərəli aparmaq üçün "Elmi informasiya tərcümə", "Elmi nəşrlər proqnozlaşdırma" köməkçi şöbələri, "Mətbuat xidməti qrupu" aktiv fəaliyyətə başladı..

Professor Asif Rüstəmlinin müxtəlif arxivlərdən topladığı çoxlu sayda yeni arxiv materialları əsasında İnstitutun 80 illik yubileyinə həsr olunan sanballı bir kitab hazırlandı. Elm ocağında 1946- ildən dərc olunan respublikada filologiya elmləri üzrə əsas elmi nəşrlərdən biri kimi qəbul edilən "Ədəbiyyat məcmuəsi" jurnalının 24- sayı-"Xüsusi buraxılış"ı (282 s.) bütövlükdə Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr edildi. İnstitutda aparılan yeni tədqiqatların elmi dövriyyədə yer alması imkanlarını genişləndirmək məqsədilə "Poetika.izm" "Ədəbi əlaqələr" jurnalları yeni təsis olundu.

2013- ildə Elmi-tədqiqat işlərinin yerinə yetirilməsilə bağlı yekun iclasında elmi katib professor Bədirxan Əhmədovun məruzəsində əks olunan nəticələr ilk dəfə olaraq slaydlarda göstərildi. Beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində bir sıra mühüm addımlar atıldı. İlk dəfə olaraq ayrı-ayrı ölkələrin akademik qurumları ilə yaradılan əlaqələr Nizami adına Ədəbiyyat İnstitutunun ölkə hüdudlarından kənarda da aparmasına, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində yaxından iştirak etməsinə yeni imkanlar yaratdı. Almaniyanın Humboldt Universitetinin "Azərbaycan tarixi kafedrası" (02.11.2013), Qazaxıstanın paytaxtı Astana şəhərində fəaliyyət göstərən "Türk Akademiyası" ilə (06.11 2013) imzalanan müqavilələr, Türkiyənin Yunus Əmrə Vəqfi, Polşa EA-nın Ədəbiyyat İnstitutu, Ukrayna EA-nın Taras Şevçenko adına Ədəbiyyat İnstitutu, Gürcüstanın Şota Rustaveli adına Ədəbiyyat İnstitutu (19.12. 2013) ilə əldə olunan razılaşmalar elmi-tədqiqat institutları arasında əlaqələrin inkişaf etdirilməsinə böyük meydan açdı.

Elm məbədimizdə 09 dekabr 2013- ildə keçirilmiş "Yaşayan Yunus Əmrə" Beynəlxalq simpoziumu elmi-tədqiqat yönümlü institutumuzun türk dünyası ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə yeni bir təkan oldu. 2013- ildə əməkdaşlarımızın Türkiyədə, Rusiyada, İran İslam Respublikasında, Polşada, Rumıniyada, Ukraynada, Yunanıstanda, Qazaxıstanda Türkmənistanda keçirilmiş beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmələri Azərbaycan ədəbiyyatşünaslıq elminin hüdudlarının genişləndirilməsi istiqamətində atılmış yeni addımlardır.

Yubiley münasibətilə institutun fotosu əks olunan kağız torba, avtoqələm, qeyd dəftərçəsi hazırlanmış, prof.Teymur Əhmədovun yazıb nəşr etdirdiyi "Nizami adına Ədəbiyyat İnstitutu-80" kitabı, "Ədəbiyyat məcmuəsi"nin xüsusi buraxılışı, "Annotasiyalı biblioqrafik göstərici" ilə birlikdə qonaqlara əməkdaşlarımıza hədiyyə ediləcəkdir. Əminik ki, Ədəbiyyat İnstitutunun yubiley təntənəsi yaddaşlarda əbədi qalacaqdır.

Sözardı: Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi elmə göstərilən diqqətin, elm adamlarına qayğının, təbi daha bir təzahürü olması İsa müəllimin son Elmi Şurada söylədiklərində öz təsdiqini tapırdı. Yubiley münasibətilə görülən işləri, institut əməkdaşlarından 50 nəfərinin AMEA daxilində müxtəlif qiymətləndirmələrə layiq görüldüyünü qeyd etdikdən sonra məsləkdaşlarına bir rəhbər deyil, dost, qardaş tövsiyəsində bulunması hər kəsin qəlbində qürur, fərəh hissi, bir istilik yaratdı: "Hər birinizdən xahiş edirəm, yubiley mərasimimizdə bütün institut bir nəfər kimi iştirak eləsin, səliqə-səhmanınıza xüsusi fikir verin, ən gözəl paltarınızı, ən şıq kostyumunuzu geyinin yanvarın 17-si saat 11-30-da dairəvi zalda olun. Bu gün elmin, Azərbaycan ədəbiyyatının bayramıdır. Bizim üçün, elm adamları üçün bu gündə baş verənlər çox önəmli əzizdir".

Bu gün elm hadisəsi, ədəbiyyat hadisəsi baş verir, İnstitutumuzun 80 yaşı qeyd olunur. Bayramın qutlu olsun, əziz qələmdaşlarımız, 81 yaşına xoş gəldin ulu elm məbədimiz!!! Başının üstündən heç vaxt soyuq küləklər əsməsin, qara buludlar ötməsin! 

 





17.01.2014    çap et  çap et