525.Az

"Qida məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim olunub"


 

"Qida məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim olunub"<b style="color:red"></b>

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində  qida qəbulundan sonra texniki heyət, İşçi qrupunun üzvləri və  müsabiqə iştirakçıları  arasında bəzi şəxslərin səhhətinin pisləşməsi ilə bağlı məlumat daxil olub.

AQTA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisənin araşdırılması məqsədilə dərhal Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və istehlak edilən qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 





13.09.2020    çap et  çap et