525.Az

Niyazinin mənzil- muzeyində dirijor Fəxrəddin Kərimovla görüş keçirilib


 

Niyazinin mənzil- muzeyində dirijor Fəxrəddin Kərimovla görüş keçirilib<b style="color:red"></b>

Niyazinin mənzil- muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının dosenti Fəxrəddin Kərimov ilə görüş olub.

Muzeydən veriln məlumata görə, tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova klassik musiqi həvəskarları klubunun altı ildir fəaliyyət göstərdiyini vurğulayaraq burada tanınmış insanların yubileylərinin, yaradıcılıq gecələrinin onlarla görüşlərin keçirildiyini söyləyib.

Muzeyin şöbə müdiri Xanım Abdinova digər çıxış edənlər dirijorun həyat yaradıcılıq yolu haqqında məlumat veriblər: "Fəxrəddin Kərimov Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra 1973-1978-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında skripka sinfi üzrə təhsil alıb. 1982-1988-ci illərdə H.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu şöbəsində Rusiyanın xalq artistləri V.Gergiyev professor İ.Musinin sinfində oxuyub. 1989-1991-ci illərdə M.S.Kirov adına Leninqrad Opera Balet Teatrında təcrübəçi-dirijor olub. O, 1991-2001-ci illərdə Memar Sinan adına İstanbul Universiteti nəzdindəki Dövlət Konservatoriyasının simfonik orkestrinə dirijorluq edib. 2000-ci ildə İzmir Dövlət Opera Balet Teatrı tərəfindən Prokofyevin "Romeo Culyetta" baletinə musiqi rəhbəri qismində dəvət alan Fəxrəddin Kərimov 2001-2004- illərdə bu teatrda baş dirijor vəzifəsində çalışıb. Dirijor Almaniya, Polşa, Rumıniya, Rusiya, Belarus, Türkiyənin bir çox şəhərlərində qastrol səfərlərində olub. "Belıye noçi" (1996- il, Sankt-Peterburq), I Beynəlxalq türk musiqisi festivalı (1999-cu il), K.Silvestri adına Beynəlxalq festival (2000-ci il, Rumıniya), "Arxipova V.Pyavko dəvət edirlər..."(2004- il, Yakutsk) digər festivallarda iştirak edib.

Fəxrəddin Kərimov 2004- ildən Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Bakı Musiqi Akademiyasının vokal opera hazırlığı kafedrasının dosentidir".

Görüşdə Fəxrəddin Kərimov musiqisevərləri maraqlandıran sualları cavablandırıb, yaradıcılıq planlarından danışıb.

Tədbirdə F.Kərimovun dirijorluq etdiyi əsərlərdən videofraqmentlər təqdim edilib, dirijorun həyat yoldaşı, pianoçu Yuliya Kərimovanın ifasında musiqi parçaları səsləndirilib. Həmçinin muzeyin foyesində Fəxrəddin Kərimovun yaradıcılıq yolunu əks etdirən fotosərgi nümayiş olunub.

S.ABDULLAYEVA

 

 





17.01.2014    çap et  çap et