525.Az

İtaliya parlamentinin üzvləri ilə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə ediləcək


 

İtaliya parlamentinin üzvləri ilə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə ediləcək<b style="color:red"></b>

“Məhz bizim müraciətlərimiz və AŞPA Prezidentinin tövsiyəsi əsasında AŞPA-nın Siyasi, İnsan Haqları Monitorinq komitəsində Ermənistanın Tovuz istiqamətində təxribat müzakirə olunub”.

Bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, AŞPA üzvlərinin əksəriyyəti bu müzakirələrin davam etdirilməsini vacib sayıb:
 
“AŞPA-da Qarabağ alt komitəsinin fəaliyyətinin yenidən aktivləşməsi gündəmə gəlir. Biz beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin açıq müzakirə olunmasını vacib sayırıq. Azərbaycanın mövqeyi haqlıdır. Oktyabrın 6-da biz İtaliya parlamentinin Xarici əlaqələr komitəsinin üzvləri ilə onlayn Ermənistanın təxribatı, Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edəcəyik”.

 





14.09.2020    çap et  çap et