525.Az

Xarici ölkələrin QHT təcrübəsi təşviq ediləcək


 

Xarici ölkələrin QHT təcrübəsi təşviq ediləcək<b style="color:red"></b> Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi “QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi” layihəsinin icrasına başlayıb.

Təşkilatdan verilən məlumatda qeyd edilir ki, layihə 3 ay müddətində fəaliyyət göstərəcək.

Layihənin əsas məqsədi  QHT-lərlə bağlı xarici ölkələrin qabaqcıl qanunvericilik təcrübəsinin  öyrənilməsi və yaxşı nümunələrin milli səviyyədə tətbiqini təşviq etməkdən ibarətdir.

Bu məqsədlə QHT-lərin fəaliyyəti və maliyyə mənbələri ilə bağlı milli və xarici qanunvericiliyin, praktikanın araşdırılması və bu istiqamətdə müzakirələrin təşkili həyata keçiriləcək.

Qeyd olunan istiqamətdə həmçinin  8 veriliş (reportajlar,  müsahibələr və canlı yayımlar) təşkil olunacaq və 1 videorolik hazırlanacaq.

Eyni zamanda layihə çərçivəsində qabaqcıl ölkələrdə QHT-lərin fəaliyyətinin təmizləyən hüquqi çərçivə haqqında məlumatlar toplanaraq, ixtisaslaşmış saytda xüsusi bölməyə daxil ediləcək.

Layihənin sonunda qanunvericiliyin təkminləşdirilməsi ilə bağlı təkliflər müvafiq qurumlara təqdim olunacaq.
 





15.09.2020    çap et  çap et