525.Az

Kart sistemi sürücülərə əməkhaqqının verilməsi qaydasını dəyişdirəcək


 

Kart sistemi sürücülərə əməkhaqqının verilməsi qaydasını dəyişdirəcək<b style="color:red"></b> Bakının ictimai nəqliyyatında kart sisteminin tətbiqi prosesi başa çatdıqdan sonra gediş haqqının ödənişi tam nağdsız formaya keçiriləcək. Bunu Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, yeni sistemin tətbiqi prosesi başa çatanadək Bakıda avtobuslarda ödəniş nağd pulla və nəqliyyat kartları ilə həyata keçiriləcək:

"Kart ödəniş sisteminin tətbiqi avtobus sürücülərinə gündəlik planın müəyyənləşdirilməsi əvəzinə, fiksasiya olunmuş əməkhaqqı verməyə imkan yaradacaq".
 





17.01.2014    çap et  çap et