525.Az

“Qarabağ məsələsi Ermənistanın dövlətçiliyini bitirmək üzrədir”


 

“Qarabağ məsələsi Ermənistanın dövlətçiliyini bitirmək üzrədir”<b style="color:red"></b>

“2013- ilin əvvəlində Ermənistan Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ separatçı rejiminin keçmiş de-faktoprezidentiArkadi Qukasyanı Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin etdi. Arkadi Qukasyan intellekti ilə Dağlıq Qarabağ separatçı rejiminin bütün rəhbərlərindən seçilir”. Bu sözlər Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğluna məxsusdur. Politoloq bildirib ki, A.Qukasyan eyni zamanda uzun müddət danışıqlar prosesində iştirak edərək, Dağlıq Qarabağ ermənilərini təmsil edib, eləcə separatçı rejimin xarici işlər naziri işləyib. Politoloq belə deyib: “ATƏT-in Budapeşt sammiti Dağlıq Qarabağ tənzimlənməsində dörd tərəf müəyyənləşdirmişdi; Azərbaycan Ermənistan münaqişənin əsas tərəfləri, Dağlıq Qarabağ erməni azərbaycanlıları isə maraqlı tərəfləri kimi qəbul edilmişdi. Qukasyanı normal intellektli, tərbiyəli tənzimləmədə ermənilərin mövqeyinə bələd şəxs kimi təqdim etmək daha düzgündür. O, Ermənistanın xüsusi tapşırıqlar üzrə səlahiyyətli səfiri təyin olunduqdan sonra heç bir aktivlik nümayiş etdirmədi. Onun Yerevanda böyük imarət tikdirməsi ilə bağlı məlumatlar nisbətən geniş yayıldı. Eləcə ilin sonlarına yaxın Serj Sərkisyanın məzuniyyətini Qukasyanla birlikdə keçirməsi haqqında məlumat yayıldı. Erməni mətbuatının yazdığına görə, Sərkisyan növbəti məzuniyyətini Seulda keçirir indi Qukasyan onun yanındadır”.

 

M.Əhmədoğlu A.Qukasyanın Dağlıq Qarabağ Azərbaycanın ictimaiyyət təmsilçilərinin görüşünün faydalı olması ilə bağlı bəyanat verdiyini sözlərinə əlavə edib. Politoloq bildirib ki, o, rəsmi Bakını Dağlıq Qarabağla dialoqa maneçilik etməkdə ittiham edib: “Dağlıq Qarabağ ermənilərinin de-fakto idarəedicilərdən narazı olması kimi başa düşülə bilən mövqe ortalığa qoydu. Bu bəyanatları Sərkisyanla birlikdə olmağının nəticəsi kimi qəbul etmək olar. Qukasyan həm intellektual, həm təcrübəli diplomatdır. Başa düşür ki, ən azı Dağlıq Qarabağla dialoq aparmaq səlahiyyətini rəsmi Bakı Dağlıq Qarabağ azərbaycanlılarına rəsmən həvalə edə bilər. Hesab edirəmi ki, Qukasyanın Dağlıq Qarabağ Azərbaycan vətəndaş cəmiyyətlərinin təmsilçilərinin görüşü ideyasına Dağlıq Qarabağın erməni azərbaycanlı icmalarının təmsilçilərinin görüşü kimi yanaşmaq olar. Çox böyük ehtimalla, Qukasyan fikrini məhz elə bu kontekstə işlədib. Eləcə Qukasyana Dağlıq Qarabağın daxilindəki narazılıq da yaxşı bəllidir. Yerli ermənilər bank krediti girovundadır”.

 

Politoloq deyib ki, Qarabağ klanının üzvü, prezident Sarkisyan başa düşür ki, Dağlıq Qarabağ tənzimlənməsində Ermənistan çıxılmaz vəziyyətdədir. O, belə deyib: “Dağlıq Qarabağ məsələsi Ermənistanın dövlətçiliyini bitirmək üzrədir. Bu, Ermənistanın dövlət suverenliyinə isə geridönməz zərbə vurdu. İndi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Dağlıq Qarabağı ermənisiz qoya bilər. Sərkisyan bu həqiqəti dərk etdiyi üçün yeni variantlar ortalığa qoyur. İl ərzində dəfələrlə Qarabağ tənzimlənməsi üzrə mövqeyini dəyişməsi, Azərbaycanla əlaqəli fikirlərində paradoksal ziddiyyətlər Qukasyanı xüsusi tapşırıqlar üzrə Ermənistanın səfiri təyin etməsi bunun sübutudur. Hər halda Ermənistanın Dağlıq Qarabağı itirməsi şəksizdir. Dağlıq Qarabağın Azərbaycana Ermənistan ya Rusiya vasitəsi ilə qaytarılması isə polemika xarakterli məsələdir. Amma S.Sarkisyan Rusiyanı üstələyə bilər. Sadəcə, erməni maksimallığını dəf etməsi lazımdır. Həm indiki məqamda Dağlıq Qarabağı Azərbaycana qaytarmaqla Sarkisyan Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq niyyətinə düşə bilər”.

 

AQİL

 

 





18.01.2014    çap et  çap et