525.Az

“Hər bir inanclı ölkə vətəndaşının cihad yeri Qarabağ olmalıdır”- Fotolar


 

“Hər bir inanclı ölkə vətəndaşının cihad yeri Qarabağ olmalıdır”-  <b style="color:red">Fotolar</b>

Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ili münasibətilə tədbir keçirilib.

Yeniufuq.org-un məlumatına görə, tədbirdə əvvəlcə “Qazi Qarabağ” azanı səsləndirilib. Daha sonra çıxış edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir. Onun sözlərinə görə, ölkə gəncliyi 20 Yanvar və Xocalı faciələrini unutmamalı və hər zaman millətimizə edilən bu ədalətsizlikləri bütün dünyada təbliğ etməlidir. Seyid Camal Əzimbəyli son günlər gənclərin Suriyada öldürülməsi faktına toxunaraq, bu məsələdən narahatlığını ifadə edib: “Düşünürəm ki, hər bir inanclı ölkə vətəndaşının cihad yeri Qarabağ olmalıdır. Dini və milli kimliyinə sahib olan dindar Qarabağ kimi faciəsini unudaraq, digər din qardaşına silah qaldırırsa, bu artıq dinimizin prinsiplərinə zidd əməldir”.

Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Erarslan bildirib ki, 20 Yanvar faciəsi tək Azərbaycanın deyil, eləcə də bütünlükdə türk dünyasının ortaq faciəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Daşqın Rəcəbli qeyd edib ki, Azərbaycan gəncliyi 20 Yanvar faciəsinin qəhrəmanları ilə hər zaman fəxr edib. O, Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin ölkədə mənəvi irsin təbliği istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Ahmed Arslan, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov və digərləri çıxış edib, şəhidlərin ruhuna ehsan süfrəsi verilib.



 





19.01.2014    çap et  çap et