525.Az

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi


 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi<b style="color:red"></b>

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

APA-nın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
 
20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

 





20.01.2014    çap et  çap et