525.Az

Ermənistan mətbuatının növbəti təxribatı


 

Ermənistan mətbuatının növbəti təxribatı<b style="color:red"></b>

Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatının yaydığı məlumatları təkzib edib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, yanvarın 20-də Ermənistanın kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayıb.
 
Ermənistan ordusundakı itkilər hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir.
 
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hər hansı insident qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır.

 





20.01.2014    çap et  çap et