525.Az

"Bu dünyanin Aydın hadisəsi"- Afaq Məsud


 

"Bu dünyanin Aydın hadisəsi"- <b style="color:red">Afaq Məsud</b>

Neçə vaxtdan bəri həsrətlə gözləsəm , heç cür yağmaq istəməyən qar, Aydının doğum gününün sübh çağı yağdı. Narın zərrəciklərlə çilənib, ətrafın bozluğunutorpağın, yolların, damların üstünü ağappaq, narın tül örtüyünə bürüdü...

Aydının həyatı həmişə nədənsə mənə, vaxtsa oxuyub təsirləndiyim bu günəcən xatırladıqca kövrəldiyim bədii əsəri, bir çox məqamlarıyla 19-cu əsrin inqilabçı ruhlu maarifçilərininDobrolyubovun, Çernışevskinin, Belinskinin mübarizələr, qələbələr məğlubiyyətlər dolu, əfsanəvi həyat hekayətini xatırladır.           

Doğulduğu sıldırımlı Kiş kəndi, ana bətni tək ilıq Şəki məhrəmliyindən sonra üzləşdiyi sərt qanunlu, amansız şəhər həyatı, enişliyoxuşlu ədəbiyyat elm mücadilələri, maddi sıxıntılar ehtiyaclar dolu, yuxusuz gecələrlə yazıb-yaratdığı dəyərli əsərləri, ölkənin ağır müstəqillik dönəmində qalxana çevirdiyi parlaq alim zəkası, barışmaz vətəndaş mövqeyi, pak, insanpərvər qəlbi, iztirablar qəzalar dolu, keşməkeşli həyatı, faciəvi ölümü, basdırıldığı qədim, kimsəsiz Kiş qəbiristanlığı...   

Aydının kədərli həyat hekayətini sona çatdıran müəmmalar dolu, sirli ölümü , sanki, bədii əsər sonluğudu. Lev Tolstoyun məşhurSevostopol hekayələriindən birinin axırınıdöyüş zamanı yaxınlıqda partlayan qumbaradan həyatını itirmiş əsgər yoldaşının, hərəsi bir tərəfə uçan qopuq əzalarına baxdıqca, öz ölümündən xəbərsiz beyninin son, ani çaxıntısıyla: “ yaxşı, mən ölmədimdüşünən Kozeltsovun həyat finalını xatırladır. Fərq bircə bundadı ki, burda, yaxınlıqda partlayan qumbaradan ölən , bu ölümü öz gözləriylə müşahidə edib, öz ölümündən xəbərsiz, həyat eşqi ilə ölən , Aydın özüdü...  

lll

Adətən, dünyasını dəyişmiş böyük şəxsiyyətlər ölkəsinin, xalqının, millətinin gələcəyi üçün miras qoyub getdiyi əsərləri əməlləri ilə xatırlanır. Azərbaycanın ictimai-siyasi, elm ədəbiyyat tarixinə öz məxsusi imzasını atmış Aydın Məmmədov da, beləcə xatırlanır. “Görkəmli türkoloq-alim”, “ictimai xadim”, “müstəqil Azərbaycanın xalq deputatı sair ilaxır.

Lakin bir qədər aramlı olub, bütün bu titulların arxasında gizlənən əsil Aydının  uşaq qəlbli Aydının keçdiyi həyat yoluna nəzər salsaq, onun bu dünyaya, həm , daha ali çətin bir işdən ötrüsanki qırx yeddi illik ömrünü Ölümlə həyat arasında əlbəyaxa çarpışmalarda yaşamaqdan, bu qəzalar iztirablar dolu, ölüm-dirim savaşlarında mövcudluğun ən gizli sirrinisirli Ölüm Həqiqətini anlamaqdan ötrü gəldiyini, bütün ömrünü əsərlərinin, çıxışlarının alt qatında közərən ağrılar iztirablar dolu qorxunc, yad həqiqət tapıntılarının vahiməsində yaşadığını anlayarıq...

lll

Həqiqi ölümünəcən Aydın, həyatını bir dəfə , heç bir qəzaya uğramadan, itirmişdi. Bu, onun, sinədolusu həyat eşqi, qaynar alim şövqü ilə yazıb-yaratdığı illərdə – 42 yaşlı Aydını, saf, incə qəlblini amansız kobudluqla zədələmiş müdhiş həyat qəzalarında baş vermişdi...

Aydın, özündən, qələmindən, müqəddəs tutiya kimi, inanıb tapındığı elm yolundan sapıb, bir müddət heç bir qaydaların işləmədiyi, ədəbiyyat, elm havasından uzaq məchulluqlardaonu, hansısa, ayrı növ ölümlərdən xilas edən ayrı ərazilərdə yoxa çıxmışdısa da, bir müddətdən sonra oralardan, dərin dəryaların dibindən təkan almış kimi, sıçrayıb, ayağa qalxmışdı. Bu dəfə geriyə, çallaşıb ağarmış saçlarla, içi peşmanlıq iztirab dolu gözlərlə qayıtmışdı... Nəfəsini dərib, qüvvəsini toplayıb, yenidən yaşamağa, elmə, ədəbiyyata susamış ac həvəslə yazıb-yaratmağa başlamışdı. 1988-ci ildən, 1991-ci ilin aprel qəzasınacan uzanan bu natamam üç  ilin ərzində neçə-neçə dəyərli əsərlər yazıb, tərcümələr etməyə, müstəqil Azərbaycanın ilk xalq deputatı seçilib, ölkənin siyasi liderlərindən birinə çevrilməyə, ilk ölkə əhəmiyyətli tərcümə qurumununmilli ədəbiyyatımızı dünyaya çıxaracaq Respublika Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin təməlini qoymağa müvəffəq olmuşdusa da, bu xoş məramlı günlərin ömrü uzun çəkməmişdi. Aydını, taleyinə yazılmış növbəti qəzalar təqib etməyə başlamışdı...    

lll

1991-ci ilin mart ayında (Şuşadan Bakıya uçduğu zaman) uğradığı vertolyot qəzasından sonra Aydının həyatı bir ayrı cür sevməyə başladığı, bu vaxta qədər yaşayıb, yazıb-yaratdıqlarının, yaşaya yaza biləcəklərinin ən cüzi maraqsız hissəsi olduğunu anladığı, onun həmin o məşum qəzadan sonra Mərkəzə qəribə ruh yüksəkliyi ilə, yeni ideyalar planlarla gəlməsindən, başına gələnlərdən, keçirdiyi hiss-həyəcandan, ayrı bir adamla baş vermiş macəralardan danışan tək, həvəslə danışmasından bilinirdi. Danışdıqca, qəribə, yeniyetmə şövqüylə allanan yanaqları, gözlərinin dərinliyində fəvvarələr vuran gizli həyat atəşfəşanlığı onun, Ölümü hiss etdiyindən, Ölümlə çarpışmada Ona qalib gəldiyinə əminliyindən, bu əminliyin, onun həyat eşqini gücləndirdiyindən xəbər verirdisə , axşama yaxın hər şey dəyişirdi. Günəş Qüruba endikcə, halı çönür, gözlərinin dərinliyindəki atəşfəşanlıqlar yoxa çıxır, yerində əvvəlki, tanış çıxılmazlıqlar vahiməsi işarmağa başlayırdı... Günəşin batmağı, havanın qaralmağı, sanki otağın ha tərəfindənsə, yaxınlaşmaqda, baş verməkdə olan, qarşısıalınmaz nəyinsətaleyinə yazılmış üçüncü, ən keçilməz qəzanın labüdlüyünü sızdırmağa başlayır, Aydın kürəyinə sancılan zəhərli oxdan yaralanmış kimi susub dayanır, gözlərinin qəmi üzünə yayıla-yayıla:

Bu dəfə ölmədim. Amma bilirəm, ölməyimə az qalıb... – deyib, ayağa qalxır, kor-peşman addımlarla otağını tərk edirdi...

Ölümün, 1991-ci ilin fevralından başlayaraq, Mərkəzin həndəvərində, Aydının ətrafında dolanmağa başladığını, onu addımbaaddım izləyə-izləyə, ardınca qara matəm kəlağayısı tək süründüyünü, arada bir çirmələnib, üstünə şığıyıb, zərbə almış kimi, geriyə çəkilsə , ondan əl çəkmədiyini, o dövrlər, elə bil, biz , necəsə, hiss edirdik. Aydınla bağlı hər sözdən, hər xəbərdən diksinir, işdə olduğu saatlar onu nədənsə qoruyurmuş kimi, otağına yığışır, baş verdiyini, yaxınlaşmaqda baş verməkdə olanın olduğunu ayırd eləməyə çalışırdıqsa da, o, heç demirdi. Bircə burda, Mərkəzdə dinclik, rahatlıq tapdığını deyib, deyiləsi, dilə gətiriləsi mümkün olmayan qalan nələrinsə üstünü ört-basdır edən tək  uzun-uzadı pauzalarla susurdu. Sonra peşman-peşman gülümsəyə-gülümsəyə: 

Həyat, şirinmiş... – deyir, sanki canındakı narahatlığı gizlətməyə çalışırdı.

O dövrlər, Ölümlə əlbəyaxa çarpışmada olan Aydını nələrdənsə, hansı təhlükələrdənsə, xilas etdiyimizi düşünsək , sadəlövh qəlbimizlə, ayrı-ayrılıqda birlikdə nələrəsə qadir olduğumuzu, özümüzü keçilməz qala divarları bilib, Aydını içimizdə gizlədiyimizi zənn etsək , gözlənilən həmin o labüd qəza baş verdi...

Aydın həlak oldu... 

Biz isə, öz qüdrətsizliyimizi, adi insan miskinliyimizi, Ölüm qarşısında acizliyimizi anlayıb, susduq. Ölümün, Aydının həyat eşqinə xələl yetirən Qürub çağı qədər əlçatmaz keçilməz olduğunu, bizlərə ev, məişət, yazı-pozu qayğılarından ibarət, doğma diyar görünən bu dünyanınsa, sıldırımlı uçurumlar təhlükələr dolu, qorxunc sirrlər aləmi olduğunu dərk eləməyə başladıq...

lll          

Aydın kimi insanlar,  həmkarım Aqil Abbasın Aydın barədə dediyi kimi, “peyğəmbər olmaq istəyən, lakin ola bilməyəninsanlar Yer üzünə öz möcüzələri, ərməğanları əlamətləri ilə gəlirlər. İnsanlığı nələrdənsə agah etməkdən, onlara, yeni İNSAN nümunəsi nümayiş etdirməkdən ötrü gəlirlər.

Aydın da, Azərbaycana bundan ötrü gəlmişdi. Möcüzəvi fikirləri, adi insan təfəkkürünə sığışmayan, hansısa, fərqli həqiqətləri ilə gəlmişdi. digərqalan peyğəmbərlər peyğəmbər olmaq istəyənlər kimi gəlib, onlar kimi getdi. Qədim dövrlərin, həmin kütlə cəhalətinin, ruh maarifsizliyinin, yoxsa, öhdəsinə düşən gizli, ilahi missiyanın qurbanı oldu...     

Bu gün Aydının, Belinskinin profilini andıran uzun saçlı, dalğın üzlü barelyefi, onun, bir vaxtlar böyük həvəslə, özəl yaradıcı stixiyasıyla qurub yaratdığı Tərcümə Mərkəzinin giriş hissəsindəki bürünc xatirə lövhəsinə həkk olunub. Binanın qarşısından ötənlər zaman-zaman önünə qərənfillər düzülən, payız, yaz ayları yağış-çiskinin nəmindən islanıb qaralan bu barelyefin kimə məxsus olduğundan bəlkə xəbərsizdilər. Şəhərin bu gözdən-nəzərdən uzaq məhəlləsinə, xırda dükanların, yamaqlı evlərin arasına, uzaq, qədim qərinələrin dəniz döyüşlərindən düşmüş qəzalı gəmi duruşuyla dayanıb duran bu ədəbiyyat ocağının, Aydının İşığını yaşatmağa davam edən Müqəddəs Ocağa çevrildiyindən xəbərsizdilər...

Bura gələnlər isə, tərcümə, nəşr materiallarıyla gəlib, içəri daxil olanlar, bu ocağın dəhlizlərini, otaqlarını, ilin bütün fəsilləri bürüyən sirli havanıdivarların uçuqlarını, tavanların yağış ləkələrini anlaşılmaz doğmalığa, rəhm mərhəmət dolu, mübhəm məhrəmliyə qərq edən İlahi axıntını hər zaman hiss edirlər...

Bu, Aydının işığıdı... Özü ilə uzaq Kiş sıldırımlarının saf ucalıqlarından gətirib gəldiyi müqəddəs Aydın İşığı. Mərkəzi qanlı-qadalı illərin ölüm-dirim yoxuşlarından salamat keçirib çıxaran, uzun illərin bol yağışları, qar-tufanı altında çökməyə qoymayan, yenilməz, dəfedilməz, zərif işıq...

Aydının, yarımçıq qalmış həyat eşqinin işığı...

Zaman gələcək, Mərkəz var gücünü toplayıb, Aydının bir vaxtlar beynəlxalq fikir müstəvisinə çıxarmaq arzusunda olduğu əsərlərini dünyanın bütün dillərinə çevirəcək, Yer üzünə yayacaq...  Aydının İşığında yoğrulan bu əsərlər, onun yarımçıq qalmış həyat eşqini , zərrə-zərrə dünyaya daşıyacaq, insanlığa paylayacaq... Bu işıq xalqları, millətləri bir-birinə sevdirəcək, yeni növ xalqlararası, millətlərarası doğmalıqlar yaradacaq...  Yer üzünü, qarşıda gələn təhlükələrdən xilas edəcək yeni növ Mərhəmətin təməlini qoyacaq...   

mütləq Aydından, onun yarımçıq qalmış, qəmli həyat hekayətindən danışacaq. 

 





20.01.2014    çap et  çap et