525.Az

Təhsil strategiyası və milli dövlətçilik


 

Təhsil strategiyası və milli dövlətçilik <b style="color:red"></b>

Filologiya elmləri doktoru
 professor

 

 

Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının   ən öncül istiqamətlərindən biridir. 
 İlham ƏLİYEV

 

 

Azərbaycanın vüsətli sosial-siyasi iqtisadi tərəqqisində təhsilin rolu misilsizdir. “Yeniləşən Azərbaycana yeni məktəblərşüarı altında  yeridilən siyasət ölkəmizdə intibah səviyyəli bir maarifçilik hərəkatı doğurmuşdur. İndi təhsil sözün həqiqi mənasında dövlətçilik strategiyasının əsas istiqamətini müəyyən edir. Formalaşmış, ehkamlaşmış Şərq ənənələri ilə bərabər yeni Avropa təhsil metodlarınınBoloniya sisteminin tətbiqi milli təhsilimizi qloballaşma dövrünün tələbləri ilə uzlaşdırmağa imkan verir. Yeni texnologiyaların tətbiqi müasir Azərbaycan təhsilinin intellektual səviyyəsini inteqrasiya imkanlarını artırır.

 

Təhsil hər bir dövlətin onun idarə etdiyi cəmiyyətin dayağıdır. Ulu Peyğəmbərə aid olunan kəlamlardan birində deyilir: “Elmi beşikdən məzara qədər öyrənin”. “Alimin mürəkkəbi şəhidin qanı qədər qiymətlidirdeyimində elmin, təhsilin dəyəri uca tutulur. Şeyx Nizaminin qəhrəmanı Fateh İskəndər ölkəsinə qayıdan kimi belə bir fərman verir:

 

 

Əmr etdi verildi belə bir fərman:

 

Alimdir gözümdə ən əziz insan!

 

Elmlə, hünərlə! Başqa cür heç kəs

 

Heç kəsə üstünlük eyləyə bilməz!

 

Rütbələr içində seçilir biri

 

Hamıdan ucadır, alimin yeri!”

 

 

Bu, dahi Nizaminin arzusu idi, ona görə İskəndərnaməepopeyasında kamil insan cəmiyyətixoşbəxtlər ölkəsi yaratmışdı. Mövlanə FüzuliŞeir fəziləti ayrı bir elmdir kamal növlərindən mötəbər bir növdürdeyirdi. Dünyanın nəhəng adamlarından biri I Pyotr üzüyünə bu sözləri yazdırmışdı: “Mən şagird rütbəsindəyəm həmişə özümə müəllim axtarıram...”. Savadsız həkim bir adamı, savadsız müəllim isə bir milləti öldürür. Yaxşı müəllim milli sərvətdir. Tarixi mənbələrin bizə verdiyi bu qiymətli örnəklər belə nəticəyə gəlməyə imkan yaradır ki, təhsilə önəm verən dövlət tarixdə düzgün yaşamaq hüququ əldə edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 oktyabr 2013- il tarixli sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasısürətlə inkişaf edən həm iqtisadi, həm siyasi, həm diplomatik sahələrdə qazanılmış vüsətli nailiyyətləri ilə dünyaya inteqrasiya olunan dövlətimizin  uğurlu nailiyyətidir. Strategiyada təhsilin vəzifələri prioritetləri bütövlükdə ölkənin inkişaf istiqamətinə uyğun müəyyənləşdirilir: “Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə qabaqcıl texnologiyaların idarəetmə üsullarını, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkəni sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı , şəxsi bilik bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir”.

 

Strategiya belə bir konseptual əsasdan qaynaqlanır. Burada üç amil ciddi surətdə nəzərə alınıb: birincisi, hələ ilk dəfə prezident seçiləndə İlham Əliyev demişdi: “Mən hər bir azərbaycanlının prezidenti olacağam”, ikincisi, cənab prezident belə bir məqsəd müəyyənləşdirib: “Maddi kapitalı insan kapitalına çevirmək”, nəhayət üçüncüsü: qloballaşma epoxasınınbu labüd dünyəvi prosesin tələbinə uyğun olaraq ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirilməsi. Bu sonuncu prioritet istiqamət olub innovativ texnologiyaları vaxtında dəqiq səmərəli tərtbiq üçün şəxsin bilik bacarıqlarını təkmilləşdirməyə qadir təhsil sistemi yaratmağı zərurətə çevirir.

 

Ölkədə belə təhsil sistemi üçün sosial-iqtisadi bazanın yaradılması strategiyada əsaslı şəkildə ortaya qoyulur.

 

Dünya səviyyəsində iqtisadi rəqabət aparan dünya siyasətinə təsir imkanlarına malik Azərbaycanın bunun strateji təminatını verəntəhsili dünya səviyyəsinə qaldıra bilən yeni sistemə ciddi ehtiyacı gündəmdə dayanır.

 

Strategiyada bu başlıca məqsədi hədəfə alan beş düzgün istiqamət nəzərdə tutulur:

 

1. Bütün təhsil pillələri üzrə kurikulumların təmin olunması;

 

2. Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi;

 

3. Təhsildə nəticələrə görə cavabdeh mükəmməl idarəetmə mexanizmlərinin yaradılması;

 

4. Tarixin zamanın tələbinə uyğun uzunömürlü təhsili təmsil edən təhsil infrastrukturlarının yaradılması;

 

5. Ölkə iqtisadiyyatına uyğun dünya standartları ilə eyni səviyyədə təhsili maliyyələşdirmə modeliniTəhsilin İnkişafı Fondunun yaradlılması.

 

Bu istiqamətlər qloballaşansərhədsiz münasibətlər dünyasında Azərbaycanın dünya iqtisadi prosesləri ilə inteqrasiyasının təminatına imkan verən təhsil sistemini yaratmağa qabildir. Strategiyada bütün bunlar təhsilin məzmunu kimi nəzərdə tutulur.

 

Dünya səviyyəsində təhsil sisteminin yaradılması təhsil sahəsində beynəlxalq təcrübə meylləri nəzərdə tutur.

 

Təhsilin sosial-iqtisadi rolu, daha doğrusu səmərəliliyi ölkənin intellektual potensialını təmin edən peşəkar kadrların hazırlanması ilə bağlıdır. Burada yeni daha münasib ixtisasların tətbiqini zərurətə çevirir. Təhsilin keyfiyyəti innovativ vasitələrin, yeni texnologiyaların zamanında tətbiqi ilə yanaşı çevik dəyişə bilən ixtisaslara nail olmağı da nəzərdə tutur.

 

Strategiyada dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanıb ölkədə təhsilin bir il artırılması  – 12 illik təhsilə keçid Ümumi Daxili Məhsulun 3-6 faiz artırılmasına təminat verən amil kimi təqdir olunur. Burada təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması bu sahədə innovasiyalara əsaslanan kurikulumların rolu xüsusilə qeyd olunur. Təhsilin keyfiyyətini, xüsusilə kurikulumların məzmununu zənginləşdirən innovativ texnoloji tədris vasitələri ilə bərabər yenə müəllim təhsildə başlıca fiqurdur. Bizim fikrimizcə indi müəllim təkcə təhsilverən deyil, həm təhsili idarə edən başlıca simadır. Strategiyada belə deyilir: “Müəllim amili təhsil alanın öyrətməsi inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarığından, tədris təcrübəsində peşəkarlıq səviyyəsindən xeyli asılıdır”. Biz belə hesab edirik ki, heç bir innovativ texnologiya, heç bir texniki vasitə müəllimlə şagird, müəllimlə tələbə arasında canlı ünsiyyəti əvəz edə bilməz. Qarşlıqlı psixoloji anlaşılma xüsusilə humanitar elmlər sahəsində, bədiiyaradıcılıq təhsilində müvəffəqiyyətin rəhnidir. Ən mükəmməl kompyuter belə müəllimin şagirdə tələbəyə canlı psixi-emosional təsirini əvəz etməkdə acizdir. Müəllimin gözünün şüası, sözünün duası, təbəssümü bütün texnologiyalardan güclüdür. Strategiyada təhsilin idarə olunmasına xüsusi önəm verilir. İstər orta məktəbdə, istərsə ali məktəbdə mükəmməl təhsil almış, Şərq Avropa milli-mənəvi dəyərlərini dərindən mənimsəmiş,  müstəqil maarifçilik görüşlərinə malik, mənəvi-əxlaqi cəhətdən təmiz, nəfsinə qalib gəlməyi bacaran vətənpərvər şəxsiyyət ziyalı dayanmalıdır. StrategiyanınTəhsil sisteminin başlıca vəzifələribölümündə belə bir müddəa var: “ – məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə xalqının milli ənənələrinə, insan hüquq azaqlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil yaradıcı düşünən vətəndaş şəxsiyyət yetişdirmək”. Belə vətəndaş yetişdirən təhsil müəssisəsinin professor-müəllim heyəti bu xüsusiyyətlərə malik olmalıdır, çünki hər bir təhsil müəssisəsi millətin dövlətin intellektual sərvətidir.

 

Qloballaşma dövrünün tarixi-fəlsəfi tələblərinə cavab verən yeni təhsil strategiyası intellektual təfəkkürə dayaqlanan fəal, vicdanlı, professional təhsil işçisi tələb edir.

 

Strategiyada deyilir: “Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır”. Bu bazaya uyğun kadr islahatlarının aparılması ciddi surətdə ləngiyir. Strategiyada iki ciddi məsələ diqqəti cəlb edir: 1) “Ali ümumi təhsil üzrə dərsliklərin elmi metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac vardır”. 2) “Ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır”.

 

Təqdim olunan sənəddə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas məqsədi belə formulə olunur: “Strategiyanın məqsədi ölkədə səriştəli təhsil verənlərə, ən yeni texnoligiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır.

 

Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsili idarəetmə sisteminin  təhsil ifrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə Azərbaycanın inkişaf kompaniyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü ölkənin davamlı inkişafını təmin edəcəkdir”.

 

Göründüyü kimi strategiyanın məqsədi konseptual xarakter daşıyır kordinal istiqamətlərə, məqsədyönlü prioritetlərə malikdir. Lakin burada strateji istiqamətlər müəyyənləşərkən qeyri-müəyyən, anlaşılmaz müddəalar da vardır. Məsələn, “strateji istiqamətlərin 1-ci maddəsində nəyin nəzərdə tutulduğu anlaşılmır: “Səriştəyə əsaslanan şəxsiyyətyönlü (?) təhsil məzmununun (?) yaradılması”.

 

Strategiyanınstrateji hədəflər tədbirlərsistemi əsasən məqsədyönlüdür. Əlbəttə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tətbiq mexanizmi tarixin tələbi ilə dəyişilə təkmilləşə bilər. O qanundur, fəqət donuq bir eham deyil. Azərbaycan Respublikası iqtisadi, siyasi dövlətçilik sahəsində elə yüksək hədlərə çata bilər, elə beynəlxalq nüfuza malik ola bilər ki, dövlətçiliyimizin təməl daşı olan təhsil strategiya taktikası da dəyişə, təkmilləşə inkişaf edə bilər. Bu labüd bir tarixi prosesdir. İndiki haldaStrategiyatarixin gedişatını, Azərbaycanın dövlətçilik milli- mental maraqlarını kifayət qədər əhatəli fəlsəfi-pedoqoji baxımdan aydın nəzərə alan konseptual təlimdir.

 

Strategiyanın tətbiqi zamanı təhsilin sosial-iqtisadi səmərəsini artıra biləcək bir neçə məsələni təklif etmək olar.

 

1. Təhsilverənlə təhsilalan arasındakı münasibətlərin daha da təkmilləşdirilməsi bu sahədə innovativ texnologiyalar, mövcud metod təminatının təkcə əmək haqqı şəklində yox, müxtəlif maraqdoğurucu vasitələrlə təkmilləşdirmək;

 

2. Bədii təhsili dünya standartları səviyyəsinə qaldırmaq üçün onun yerli beynəlxalq yaradıcılıq təşkilatları ilə əlaqələrini möhkəmləndirmək, teatr, musiqi, kino sənəti, rəssamlıq sahəsində birgə bədii yaradıcılıq mərkəzləri (emalatxanaları) yaratmaq, sərgi tamaşa mübadilələri aparmaq.

 

Beləliklə qarşıda duran əsas qayə, strateji hədəfAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının  güzəştsiz icrasını reallaşdırmaqdır 
 





20.01.2014    çap et  çap et