525.Az

Əhməd bəy Daşkəsənli və Bedros ağa Qaraqaşyan (İ. Qaspralının hekayəsi)


 

HEKAYƏ – XƏBƏRDARLIQ

Əhməd bəy Daşkəsənli və Bedros ağa Qaraqaşyan <b style="color:red">(İ. Qaspralının hekayəsi)</b>

Krım-tatar türkcəsindən çevirən Vilayət Quliyev

Türk
dünyasının böyük fikir adamı İsmayıl bəy Qaspralının Azərbaycan mövzusunda qələmə aldığı, “Tərcümanqəzetinin 1895-ci ildə çıxan 12 19 noyabr tarixli 43 – 44- saylarında çap olunmuşƏhməd bəy Daşkəsənli Bedros ağa Qaraqaşyanhekayəsini  “525-ci qəzetin oxucularına təqdim edirəm.

Həcmcə o qədər böyük olmayan əsər Cənubi Qafqazın iki qonşu xalqının-azərbaycanlılarla ermənilərin qarşılıqlı münasibətlərinə həsr olunmuşdu.

Hekayənin yazıldığı dövrdəerməni məsələsionlarınmilləti-sadiqəadlandırıldığı hər cür ehtirama layiq görüldükləri Osmanlı imperiyası üçün ciddi baş ağrısına çevrilməyə başlasa da, bəzi istisnalar nəzərə alınmasa, Azərbaycan türklərinin ermənilərlə münasibəti bütövlükdə sakit məcrada davam edirdi.

Doğrudur, Mixail Arsruni kimi ayrı-ayrı erməni şovinistləri nifaq toxumu səpməyə çalışırdılar. Lakin hələ qanlı qarşıdurmalar həddinə çatmamışdı.

Həmişə belə davam edə biləcəkdimi?

Maddi imkanları, təhsilləri, əlaqələri, milli birliyi yerli azərbaycanlılardan daha üstün olan ermənilərgəlməstatusu ilə barışacaqdılarmı? Bu üstünlüklərdən yararlanıb hər şeyə sahib çıxmaq iştahasına düşməyəcəkdilər ki?

Yadıma gəlir ki, 1988-ci ildə ermənilərin vətəndaşı olduqları Azərbaycana xaincəsinə arxadan zərbə endirmələrindən heyrətlənən soydaşlarımızın çoxu onlarındünənə qədər qapımızda nökərçilik etmələrinixatırlayır, təəccüb təəssüflərini gizlədə bilmirdilər.

Dünənki nökərlər nədən birdən-birə belə dəyişmişdilər? Öz xeyirxahlarının üzünə niyə olmuşdular?  Onları hansı qüvvə hərəkətə gətirirdi?”

Bu suallar üzərində düşünənlər gərək tarixin dərslərinə təcrübəsinə üz tutaydılar. Bizim laqeydlik arxayınçılıq içərisində özümüzü vəziyyətin ağası saydığımız illərdə ermənilərin işlə məşğul olduqlarını araşdırıb öyrənəydilər.

Krımda yaşayan, ancaq Qafqaz Azərbaycan reallıqlarını yaxşı bilən, ən başlıcası isə Krım yarımadasının timsalında erməni məkrinə buqələmunluğuna dərindən bələd olan İsmayıl bəy Qaspralı bizim 1988-ci ildə cavab axtardığımız suallara yüz il əvvəl aydınlıq gətirməyə çalışmışdı.

Burada hekayənin təhlilini vermək niyyətində deyiləm. Ancaq onun məzmunu kifayət qədər ibrətamizdir. Hən tarixi həqiqətləri əks etdirir. Azərbaycan torpağında əsil-nəcabətli, köklü bir azərbaycanlı ailəsi tədricən deqradasiyaya uğrayır. Var-dövlətini, cəmiyyətdəki nüfuz etibarını itirir. Vətənində ikinci dərəcəli adama çevrilir.

Bu ailənin biri-birinin ardınca əldən verdiyi mövqeləri isə dünənə qədər onun qapısında xidmət edən erməni Bedros Qaraqaşyan oğulları tutur. Onların düşünülmüş, məqsədyönlü fəaliyyətinin lap tezliklə müsəlman cəmiyyətinin uğursuzluq modelinə çevriləcəyi heç bir şübhə doğurmur.

Əhməd bəyin təhsilsiz oğlu babasından atasından qalan var-dövlətin axırına çıxmaqla məşğul olur. Cahillik, ətalət, maarifsizlik nəticəsində o, nəinki ata-babalarının torpağına sahiblik hüququnu qoruya bilir, nəinki özünü torpağının oğlu vətəndaşı sayır, hətta bu məsələ ilə yerli-dibli maraqlanmır.

Dünənki xidmətçi Bedrosun oğulları isə Moskvada universitet bitirib geri dönürlər. Təbii ki, artıq özlərini vəziyyətin ağası hesab edirlər. Çünki həm yaxşı təhsil alıblar, həm hakim millət olan ruslarla yaxşı əlaqələr qurublar. Bu isə dünənə qədərmüsəlmanlarınhökmündə olan bir quberniyada öz qayda-qanunlarını tətbiq etmək, keçmiş sahiblərlə hesablaşmamaq, onları saya salmamaq üçün yetərlidir. Hələlik əski xatirələrə əsaslanıb Əhməd bəyin ailəsinə mərhəmətli münasibət göstərsələr , günlərin birində tamam fərqli dildə danışacaqları, ortaya fərqli tələblər qoyacaqları şübhə doğurmamalıdır.

Sxem bu qədər sadə bəsit idi. Hadisələrin təsvir olunduğu dövrdə , XX əsrin 30-cu illərində , 70-ci illərində ...

İndi erməni işğalı altında olan Dağlıq Qarabağda oxşar proseslər getmişdi.

Didaktikanı sevmirəm. Bu hekayənin digər belə hekayələrin nəyi isə dəyişəcəyinə ümid bəsləmirəm. Çünki donuzun salavatla darıdan çıxdığı dövrlər artıq arxada qalmışdır. Bəlkə heç zaman olmamışdır. Sadəcə qəti addım atmağı bacarmayanlar bu yolla özlərinə təsəlli vermişlər.

Qaspralının hekayəsini isə qəzet oxucularına sadəcə müdrik insanın öncəgörməsi kimi təqdim etmək istəyirəm.

Belə öncəgörmə xəbərdarlıqlar Azərbaycanda da az olmamışdı.

Onlardan yalnız birini xatırlatmaq istərdim. 1840- ildə Qafqazın baş hakimi, o zamankı Əlahiddə Qafqaz ordusunun komandanı baron Rozen Şamaxı şəhərinə gəlmişdi. Onu qarşılamaq üçün şəhər əhalisi meydana düzülmüşdü. Bir tərəfdə keşişlərin rəhbərliyi ilə erməni məktəblərinin şagirdləri, o biri tərəfdə isə müsəlman bəyləri, ruhanilər dayanmışdı. Mənzərə həqiqətən paradoksal idi.

Bu, Şamaxı qəzasının tanınmış simalarından olan bir müddət rus ordusunda xidmət etmiş kapitan Rəhin bəy Məlikovun (Həsən bəy Zərdabinin əmisi idi) diqqətindən yayınmamışdı. Ali qonağımüsəlman əhaliadından salamlamaq növbəsi çatanda Rəhim bəy qabağa çıxaraq demişdi:

Bu torpaqlar bizimdir. Biz ata-babalarımız kimi öz torpaqlarımızda yaşayacağıq.

Sonra əli ilə səliqəli geyimli erməni məktəblilərini göstərib əlavə etmişdi:

Amma yalnız bizim övladlarımız onların sırasında dayananda öz torpaqlarımızın həqiqi sahiblərinə çevriləcəyik.

İsmayıl bəy Qaspralının hekayəsi öz ruhu, məramı etibarı ilə Həsən bəy Zərdabinin aşağıdakı sözləri ilə tam səsləşirdi: “Bizim ilə zindəganlıq edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət xoşgüzəranlıq onların əlinə keçəcəkdir bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq”.

Məncə, əlavə izahata ehtiyac yoxdur.

Oxşar müqayisə İsmayıl bəy Qaspralının hekayəsi üçün səciyyəvidir. O, erməniləri tərifləmirdi. Öz dil din qardaşlarını ayıq-sayıq olmağa, zəmanə ilə ayaqlaşmağa, torpağına, sərvətinə, ad-sanına sahib çıxmağa çağırırdı.

Yeri gəlmişkən, bu tipli müqayisə çağırışlar  XIX əsrin sonlarından etibarən Azərbaycan ədəbiyyatı ictimai fikrində tez-tez eşidilirdi. Zərdabi ilə bir sırada  Cəlil MəmmədquluzadəninMolla Nəsrəddinjurnalında dərc edilmişErməni müsəlman qadınlarıfelyetonunu da  xatırlamaq olar.

Mətn türkiyəli tədqiqatçı, İzmirdəki 19 Mayıs universitetinin professoru, Azərbaycan ədəbiyyatının bilicisi dostu Yavuz Akpinarın nəşrə hazırladığı  İsmayıl Qaspralı. Seçilmiş əsərlərinin I cildindən ( səh.445-453) götürülmüşdür.


İsmayıl
bəy Qaspralı      

Əhməd bəy əsilli-köklü adam idi. Əcdadları xanlıqlar zamanında sərdar vəzir məqamlarına yüksəlmişdilər. Şirvan xanlığı Rusiya idarəçiliyi altına keçəndə atası general-mayor rütbəsi almışdı. Əhməd bəy özü isə miralay, yəni polkovnik idi. Amma belə yüksək rütbəyə ucalsa da, hərb sənətinin sirlərinə bələdlik bir yana qalsın, adi kağızları da güc-bəla ilə oxuyub imza atırdı. Bununla belə təbiətcə xoşxasiyyət ürəyə yatan adam idi. Dili şirindi, evinin qapıları süfrəsi daim qonaqların üzünə açıqdı. Hədiyyəni, pay-püşü ürəklə, səxavətlə verirdi. Bir sözlə, çox əliaçıq, mərd-mərdanə bir bəyzadə idi. Yaşıdları, özünə bab adamlarla eyş-işrət məclisləri qurmağı çox sevirdi. İçkili olanda, üstəlik bir az qızışanda daha comərd səxavətli olurdu. Hər ziyafətdə, hər toy-düyündə dosta-tanışa, xoşu gələn adamlara beş-on at, beş-on xalça-kilim hədiyyə edərdi. Tanış-bilişi çox idi. Bütün bəylər, tacirlər, ermənilər, vilayətin rus məmurları, din adamları, şeyxlər, hətta təsadüfən yoldan keçənlər Əhməd bəyin evindən süfrəsinin başından əskik olmazdılar. Ruslara rus qaydası ilə, müsəlmanlara müsəlmansayağı ziyafətlər verib hörmətlər edərdi. Hamının nəzərindəpolkovnuk Əhməd bəyçox mötəbər adam sayılırdı. Elm mərifətdən (burada maarif mənasında işlənmişdirV.Q.) dərin xəbərdarlığı olmasa da, vilayətin hər tərəfindəki kəndləri, mülkləri sayəsində hörmət etibarı böyük idi. Bunu da söyləmək vacibdir ki, Əhməd bəy ad-san nüfuzundan heç vaxt pis işlər üçün istifadə etməzdi. Amma xəta işləyənə zamin durub dardan qurtarmaq, polisə aparılanı həbsdən çıxarmaq, yanına xahişə gələnlərin qabağına düşüb divanxanalara getmək, kimisə qulluğa düzəltmək, imkansıza əl tutmaq kimi  məsələlərdə heç vaxt müzayiqə eləməzdi. Eyibsiz gözəl olmazdeyiblər. Əhməd bəyin ciddi bir qüsuru vardıbu da özünü çox böyük adam hesab etməsi idi. Əslini, nəsəbini hamıdan uca bilirdi. Yəqin ki, dediyimiz səbəbdən həddən artıq qürur kibr sahibi kimi davranırdı. Lakin təbii ağlı, tərbiyəsi sayəsində xasiyyətinin həmin cəhətlərini çox da büruzə verməyib gizli saxlamağı, məsələni açıb-ağartmamağı bacarırdı. Yalnız kefləndiyi zaman əsl təbiəti üzə çıxardı. Əliaçıqlıq edib beş-beş, on-on at bağışladığı kimi əyri bir baxışa, xoşuna gəlməyən bir cavaba görə xəncərə, revolverə əl atmağı da olurdu. Belə məqamlarda heç kimin sözünə baxmazdı. Heç kimdən qorxu-hürküsü olmazdı. Sorğuya, məhkəməyə çəkilsə , işin axırı boşa çıxır, Əhməd bəyin üzərində bir suç, qəbahət qalmırdı. Ancaq hər belə vaqiədən sonra kəndlərin, yaxud mülklərin biri satılırdı. Yerində qalanlar yetərincə çox olduğundan bu cür şeylər bəyəfəndi həzrətlərinə o qədər təsir etməzdi...

İstənilən halda, Əhməd bəy hər kəsin nəzərində rəğbət sahibi olub doğru nüfuzlu adam sayılırdı.

Xanımı da özü kimi əsilli-köklü bir ailənin qızı idi. Bu qadından huriyə bənzəyən bir qızı, bir oğlu vardı. Oğlu Cavad bəy məhəllə mollasından türkcə ərəbcə, pristav tərcümanından isə rusca dərs alırdı. Amma ürəyi istəyəndə oxuyur, istəməyəndə isə əlini dəftər-kitaba vurmurdu.  Müəllimlər gəlib çaylarını içib geri qayıdırdılar. Bəy atası ilə xanım anası heç vaxt Cavad bəyin sıxışdırıb dərs məsələsində ona təzyiq göstərmirdilər. Çünki çox oxumasa da, özünə lazım olan şeyləri bildiyini zənn edirdilər. Əhməd bəy yaxşı təhsil alması üçün oğlunu evdən-eşikdən didərgin salmaq, göz-nəzərdən buraxmaq istəmirdi. Xanım anası isə fikirləşirdi ki, müsəlmanca çox oxumaq molla olmaq istəyənlərə, rusca çox oxumaq isə dövlət qulluğuna keşişliyə can atanlara vacibdir.

Xanım üstəlik həm belə qənaətdə idi ki, çox oxumaq mal-mülk düşkünü bəylərə, mülkədarlara lazımdır. Cavad bəy isə iki yüz min dönüm (0,1 hektara bərabər ərazi ölçüsüdür. Yəni söhbət 2 000 hektarlıq torpaqdan gedirV.Q.) mülkə sahib zəngin əsilzadə olduğundan başının səkkiz-on nəfərlik nökər-naib dəstəsi ilə kənddən kəndə at çapıb ov-ovlamaq, quş quşlamaqla məşğul idi. Bu yolla da camaatın nəzərində cəsur, qüvvətli bir igid təsiri bağışlayırdı.

Əhməd bəy mal-mülkünə özü baxmazdı. qədər qoyun sürüsü, ilxısı, əkini, biçini, var-dövləti, sərvəti vardıbilməzdi. Çünki cümlə hesablar baş kəndxudası Bedros ağanın əlində idi. Bedros ağa əvvəllər Əhməd bəyin arabaçısı olmuşdu. Lakin türkcə rusca oxuyub-yazmağı bəydən daha yaxşı bildiyindən, üstəlik tədbirli adam olduğundan ağasının diqqət etimadını qazanıb baş kəndxuda mövqeyinə yüksəlmişdi, Əlinin altındakı kiçik kəndxudaların oğurluq etmələrinə imkan verməyib bəyin gəlirini artırmış, kəndlərin camaatı ilə xoş münasibət qurub hamının sevgisini qazanmışdı. Bunun da nəticəsində Əhməd bəy hər il maaşından əlavə Bedros ağaya hədiyyələr verdiyi kimi, kəndlilər inək, qoyun, taxıl, yağ, qaymaq bağışlayıb könlünü xoş edirdilər. Nəticədə Bedros ağa az müddət ərzində əlində böyük sərvət cəmləmişdi. Lakin bunu qətiyyən göstərmirdi. Ayağından köhnə ayaqqabı, əynindən köhnə çuxa əskik olmazdı. Hər bayram Əhməd bəy ona yeni paltar çuxa hədiyyə etdiyindən bəyin könlünü xoş etmək üçün yalnız bir neçə gün  təzə libasında gəzib-dolaşırdı.

İlbəil Əhməd bəyin Bedrosa etibarı artırdı.Özünün bütün işlərini ona tapşırıb hər məsələdə kəndxudası ilə məşvərət məsləhət edərdi. Hətta böyükböyük işlərin həlli üçün öz əvəzinə vəkil edib etibarnamə ilə məmurların yanına divanxanalara göndərərdi. Amma bu hörmət etibara baxmayaraq Bedros da yerini bilən adam idi. Əhməd bəyin hüzurunda bir dəfə oturduğu olmamışdı. Əhməd bəy qədərOtur!” desə , yenə ayaq üstdə dayanırdı.

Əhməd bəyin nüfuzu məsələyə qarışması sayəsində Bedros məhəllə keşişinin kürəkəni olmuşdu. Onun əlindən hər gələn qızı ilə evlənmişdi. Evdə arvadı Məryəm, çöldə isə Bedros ağa hər cür maddi ehtiyaclarını təmin etməyə, mükəmməl bir erməni ailəsi meydana gətirməyə çalışırdılar.

Bedros ağanın arvadı Məryəm ermənicə çox yaxşı, rusca da bir qədər oxuyub-yazmaq bacarırdı. Anası Cavad bəyi dərs oxumaq təhsillə yorub zəhmətə salmaq istəmədiyi halda, Məryəm gecə-gündüz iki oğlunun yaxşı təlim-tərbiyə almalarının fikrini çəkirdi. Çünki bu zəmanədə elmsiz, təhsilsiz bir yana çıxmağın, özünə yer eləməyin mümkünsüzlüyünü yaxşı başa düşürdü. Təhsillə bir sırada mal-mülkün dövlətin insana güc-qüvvət verdiyini, mövqe qazandırdığını yaxşı anladığından evini çox hesabla idarə edirdi. Bedros ağanın dişarıdan qazanıb gətirdiyini Məryəm ağıl yığımcıllıqla xərcləyir, həmişə dal yana bir şey atmağa çalışırdı.

Əhməd bəylə tanışlığımızın tarixi bundan 27 il əvvələ təsadüf edir. İndi vəfat etdiyi on-on bir il olar. Oğlu Cavad bəyə səksən min dönüm gözəl torpaq, habelə  çox böyük miqdarda mal-mülk qoyub getmişdi. Əhməd bəyin vəfatından sonra Bedros ağa kəndxudalıqdan çıxıb özünə başqa qurmuşdu. Vilayətdə ipək pambığı ucuz qiymətə alıb Moskvaya göndərməklə məşğul olurdu. Tacir silkinə yazılandan sonra Bedros adına bir Qaraqaşyan ləqəbi əlavə edib Bedros Qaraqaşyan kimi tanınmağa başlamışdı. Bedros Qaraqaşyan üç-beş ildə etibarlı bir tacirə çevrilmişdi. Bəziləri deyirdilər ki, Əhməd bəyin mal-dövləti Bedrosun işinə yaradı. Başqaları isə buna etiraz edib bildirirdilər ki, “Xeyr, Bedros Moskvada bir-iki yaxşı tutdu, əli gətirdi”.

Həmin vaxta qədər Bedrosun Ohanes Mkrtıç adlı iki oğlu böyüyüb ərsəyə gəlmişdi. Məryəmlə atasıuşaqların keşiş babası onların təlim təhsilinə yetərincə qeyrət edirdilər. Bedros ağa da əsla qızırğalanmadan illərlə topladığı pulları oğlanlarının təhsilinə xərcləyirdi. Onlar səkkiz il oxuyub gimnaziyanı bitirdikdən sonra ali məktəbə, yəni universitetə getdilər. Universiteti ikmal edib gözəl təhsilli, ziyalı məlumatlı cavanlar kimi yetişdilər.

Bedros hər şeyin yerini bilən, ağıllı tədbirli adam olduğundan Əhməd bəyin duz-çörəyini itirmirdi. Ara-sıra oğlu Cavad bəyi ziyarət edir, atasının sağlığındakı gözəl günləri yada salır, ona dostcasına nəsihət verib düzgün yol göstərməyə çalışırdı. Məryəm öz növbəsində bəy evinin hərəm bölümünə gedib yaşlı gənc xanımla görüşür, onlara hörmət məhəbbətini izhar edir, şəhərdəki yeni xəbərlərdən danışırdı.

Mərhum Əhməd bəyin dul xanımı hər dəfə Məryəmdən uşaqlarının hal-əhvalını soruşur, harada olduqları ilə maraqlanırdı. Çox vaxt aralarında təxminən belə söhbət vaqe olurdu:

Oğlanlar haradadır? Niyə özünlə götürüb gətirməyibsən? Gözümüzün qabağında doğulub böyüyüblər.

Burada deyillər, xanım əfəndi. Moskvada oxuyurlar.

Amanın günüdür, ay Məryəm! Bu oxumağın bir sonu olmayacaqmı? Bu qədər oxutmaqla yazıq uşaqların gününü qara eləyirsiniz.

edək, ay xanım? İndiki zəmanədə oxumayanın cəmiyyət içində yer tapması çətin məsələdir. Təki canları sağ olsun, qədər lazımdır oxuyallar.

Niyə yer tapa bilmirlər? Sənin Bedrosun çoxmu dərs oxuyub? Yoxsa adam arasına çıxa bilməyib? Bəlkə onu da bəyənmirsən?

Qurbanın olum, ay xanım. Bedros sizin qapınızda, sizin sayənizdə adam oldu. Amma indi belə qapılar yox dərəcəsindədir. Rəhmətlik Əhməd bəy kimi adamlar hələm-hələm tapılmır.

Məryəmin  sözləri xanımın çox xoşuna gəlsə , öz bildiyini deyirdi:

Elə olmağına elədir. Amma yenə sənin səbrinə təəccüb edirəm. Aylarla, illərlə uşaqlarının üzünə həsrət qalırsan. Bilmirəm, ürəyin daşdandır, ya nədir? Allaha şükür, mənim Cavadım uşaq deyil. Amma yenə gedib üç gün bir yerdə qalanda rahatlıq tapa bilmirəm, dünya mənə zindan kəsilir.

Siz belə tərbiyə görmüsünüz, xanım. Təbii ki, bizlər kimi olmayacaqsınız. Övladlarınızı sevib-oxşamağınız, mərhəmətiniz bizdəkindən ziyadədir.

Məryəm evinə getmək üçün ayağa qalxanda xanım onu saxlayıbDayan, tələsmə, – deyirdi. – Qoy uşaqlara beş-on manat cib xərcliyi verim”. Sonra çıxıb əlində on, on beş manatla geri qayıdır, “Moskvaya göndərərsən” – deyə vidalaşırdı.

Cavad bəy mal-mülkünü heç rəhmətlik atası qədər idarə edə bilmirdi. Amma xərci, məsrəfi atasınınkından əsla az deyildi. Vəfatına qədər Əhməd bəy var-dövlətinin üçdə ikisini tələf etmişdi. Yəni keçmiş sərvətin ancaq üçdən biri Cavad bəyin əlinə gəlib çatmışdı. Onun da kökünə tezliklə daş atmışdı. Odur ki, günü gündən artan borcları ödəmək həlli müşkül məsələyə çevrilmişdi.

Cah-cəlalla toy edib gəlin gətirdiyi xanımı əsil-nəcabətli bəyzadə qızı idi. Amma gəlinin atası qardaşları da əriyib üçdə biri qalmış  mal-mülkü bitirməyə çox həvəsli olduqlarından Cavad bəy yeni qohumlar tərəfdən bir fayda görməmişdi. Üstəlik onlardan nümunə götürən cavan gəlinlə bəy biri-birinə qoşulubGün bu gündür, sabaha Allah kərimdir” – deyib istədikləri kimi yaşayır, özlərinə heç nədən korluq vermirdilər.

Borcun günü-gündən artdığını, gəlirin isə olmadığını Cavad bəy əsla eyninə almırdı. Çünki hələ yetərincə torpağı  mülkü vardı. Yoxsulluğun, fəqirliyin olduğu yatsa yuxusuna da girməzdi. Doğrudur, özü gerçək vəziyyətindən hələ xəbərsiz idi, camaat isə hər şeyi görürdü. El gözü tərəzidir, – deyirlər. Cavad bəyin əlində artıq atasının miras qoyub getdiyi mal-dövlətin beşdə biri qalmamışdı. Üstəlik atasındakı şirin dil, xoş rəftar, mehribanlıq onda olmadığından günü-gündən xalq arasında hörmətini daha çox itirir nüfuzdan düşürdü. Amma vəziyyətinin necəliyindən hələ özünün xəbəri yox idi.

Həqiqətən , Əhməd bəy rus firəng tərzində oxumuş, məlumatlı şəxs deyildisə , ad-san sahibi, nüfuzlu, sanballı adam idi, verdiyi sözün ağası olan mərdanə bir nəsil başçısı idi. Cavad bəy elm tərdiyədən atası kimi bibəhrə qaldığı halda başqa məsələlərdə onun yerişini yeriyə bilməmişdi. Atasının səbat istiqamətini, ad-şanını ziyadə aşağı düşürmüşdü. Əhməd bəy heç zaman dilinə yalan gətirməyən əsilzadə idi. Verdiyi sözə hər kəs tərəddüdsüz inanırdı. Cavad bəy isə bəzən yalan danışmağa meylli olduğundan camaat arasında o qədər etibarı qalmamışdı. Əhməd bəy heç zaman adına, şanına yaraşmayan bir işə qol qoymazdı. Cavad bəy isə istər özünün, istərsə yüksək nəslinin adına layiq olmayan yollara da düşürdü. Əhməd bəyŞərab haram buyurulub” – deyir ömründə dilinə içki vurmazdı. Cavad bəy sözdəHaramdır” – desə , arxada imkan tapdıqca içərdi. Əhməd bəy yalnız əsil-nəcabəti ilə qürurlanırdı. Cavad bəy isə həm bəyzadəliyinə görə təkəbbürlə gəzib-dolaşır, həm hər yerdə özünü çox bilikli, məlumatlı adam kimi göstərmək iddiasından geri durmurdu. Əhməd bəy kart oyunun olduğunu bilməzdi. Cavad bəy isə bu oyuna alışqan olmuşdu. Aktrisa oyunçu qızlarla ünsiyyət qurub şampan şərabı içməyi peşəyə çevirmişdi. Dövlətin nizam qaydalarından beş-on maddəni ala-yarımçıq əzbərləmişdi. Bu səbəbdən özünü kamil bir hüquqşünas zənn edirdi.

lll

Əhməd bəyin vəfatından on il keçməmiş oğlu Cavad bəy atasından qalma mal-dövlətin hamısını dağıdıb, satıb-sovub axırına çıxdı. Hətta xanlıqlar zamanından qalmış ata-baba mülkü, faytonları, at arabaları da satıldı. Sonda elə aciz çarəsiz bir duruma düşdü ki, şəhərin uzaq məhəllələrindən birində kiçik ev kirayə edib anası ilə xanımını ora köçürtdü. Keçmiş nökərlərinin, xidmətçilərinin hərəsi bir yana dağılıb getmişdilər. Yanında yalnız qoca xidmətçi qalmışdı. Biçarə anasına düşdükləri vəziyyət çox ağır gəlirdi. Lakin heç vaxt nəyə görə həyatlarının bu şəkildə dəyişməsinin səbəbləri üzərində fikirləşmir, “Görünür, etdiyimiz günahların cəzasını çəkirik” – deyib səhərdən axşama qədər dua ibadətlə məşğul olurdu. Evin gənc xanımının günü ağlamaqla keçirdi. Cavad bəy isə ipin ucunu tamam itirdiyindən anası ilə arvadında qalmış sonuncu qızıl cəvahirləri sataraq həftələrlə sərxoşluq edir, içkidən başı ayılmırdı. Sonda atasının köhnə dostlarından olan şəhər bələdiyyəsinin rəisi xanımların halına acıyaraq Cavad bəyi tərcüman kimi yanında işə götürdü. Maaşı az olsa da, kiçik ailənin dolanmağına kifayət idi. Üstəlik dövlət qulluğu sayılırdı. Amma Cavad bəy yenə əvvəlki əməllərindən əl çəkmədi. Nəticədə bələdiyyə rəisi məcbur qalıb onu qulluqdan əzl etdi.

Bu əsnada Əhməd bəy ailəsinin xanımlarını çoxdan görməyib darıxan Məryəm Qaraqaşyan onların görüşünə gəldi. Səsə qoca xidmətçi Əli küçəyə çıxdı. Məryəmin gəldiyi faytona atlara baxıb bunun müqabilində bir vaxtlar Bedros Qaraqaşyanın qapısında qulluqçuluq etdiyi Əhməd bəyin xanımının bir tikə çörəyə möhtac olduğunu yada salıb ağlamağa başladı. Amma bu paxıllıqdan axıdılan göz yaşları deyildi. Təəssüf ürək ağrısının doğurduğu göz yaşları idi...

lll

Bu vaqeədən bir neçə gün sonra böyük bir yerdə müfəttiş işləyən Ohanes Qaraqaşyan Cavad bəyi yanına çağırıb bir xeyli nəsihət edəndən başına ağıl qoyandan sonra öz dəftərxanasına tərcüman vəzifəsinə götürdü. Bedrosun ikinci oğlu da qonşu vilayətdə məhkəmə üzvü idi. Ara-sıra anası Məryəmin vasitəsi ilə Əhməd bəyin yaşlı xanımına paltarlıq qumaşlar göndərirdi. Moskvada təhsil illərində yaşlı xanımın verdiyi on-on beş manatlıq şirincəklik pulları beləcə geri dönürdü. Bedros ağaya gəlincə yüz min rublə sərmayəsi olan böyük bir ticarət şirkətinin sahibi idi. İki oğlunun ikisi yaxşı vəzifə nüfuza malik məmur olduqlarından şəhərdə bütün vilayətdə Bedros ağa kimi etibarlı, sözü keçən bir erməni, bir bəy vardı. Əhməd bəyin biçarə xanımı oğluna baxıb göz yaşı tökürdü. Məryəm oğullarına baxıb sevincindən özünə yer tapmırdı.

Krım-tatar türkcəsindən çevirən Vilayət Quliyev

 





21.01.2014    çap et  çap et